Keyfiyyət səviyyəsi təhsil sahəsində qəbul olunmuş dövlət standartlarından aslıdır

Cəmiyyət / Elm

876

Keyfiyyət səviyyəsi təhsil sahəsində qəbul olunmuş dövlət standartlarından aslıdır
-Təhsil prosesinin idarə olunmasında və təşkilində QHT-lərin fəaliyyətini necə dəyərləndirirsiniz?
-Azərbaycan Respublikası təhsilin inkişafı istiqamətində son 10 ildə çox mühüm bir irəliləyiş əldə edib. Azərbaycanda yeni ictimai münasibətlərin formalaşması və Azərbaycanın dünya təhsil siteminə qoşulması yeni bir eranın başlanmasına gətirib çıxardı. İstər müvafiq qanunvericilikdə istərsədə pedaqoji yanaşma ilə bu məsələyə baxsaq vətəndaş cəmiyyətinin formalaşması təhsilin inkişafından asılıdır. Təhsil sisteminin inkişafı ilk öncə ölkədə aparılan islahatlardan asılıdır. Bəli bu günləri təhsilin inkişafında, təşkilində, idarə olunmasında qht-lərin fəaliyyəti danılmazdır. Demokratiyanın və Milli Dəyərlərin Təbliği İctimai Birliyinin sədr müavini olaraq xüsusi vurğulamaq istəyirəm ki, təşkilatımız hər il Prezident yanında Qeyri-Hökümət təşkilatlarına Dovlət Dəstəyi Şurasının yardımı ilə ümumi təhsil müəssisələrində müxtəlif seminarlar, tədbirlər, dəyirmi masalar təşkil edir, layihələr hazırlayır. Məqsədimiz isə aydındır. Azərbaycan təhsil sisteminin inkişafına dəstək olmaq bununlada Azərbaycanda aparılan təhsil islahatlarına yaxından kömək etməkdir. Düşünürəm ki, bu günləri bir sıra qht nümayəndələridə bizim kimi düşünür. Əslində ictimai birliklərin təhsil sahəsində məqsədləri yaxşı mənada eynidir. Milli-mənəvi və ümumbəşəri dəyərləri qoruyan və inkişaf etdirən, geniş dünyagörüşünə malik. olan, Azərbaycan dövləti qarşısında öz məsuliyyətini dərk edən, xalqının milli ənənələrinə və demokratiya prinsiplərinə, insan hüquqları və azadlıqlarına hörmət edən, vətənpərvərlik və azərbaycançılıq ideyalarına sadiq olan, ətraf mühitə, ailəsinə, özünə münasibətdə məsuliyyətini dərk edən bir şəxsiyyət yetişdirmək, istəyimiz, amalımız, qayəmizdir. Ona görə xüsusi vurğulamaq istəyirəm ki, bəli müvafiq qanunvericiliyə əsaslanaraq ictimai birliklər təhsil prosesinin təşkilində, idarəolunmasında fəaliyyəti danılmazdır. Fəaliyyətlərini müsbət dəyərləndirirəm.
- Azərbaycan Respublikasında təhsilin keyfiyyət səviyyəsi necə müəyyən edilir?
- Bu günlər aktual mövzulardan biridir ki, təhsilin keyfiyyət səviyəsi necə müəyyən edilir. Təbii ki, dövlət təhsilin inkişafı istiqamətdə müxtəlif sərmayələr qoyur, investisiya xərclərini müəyyən edir. Təbii ki, haqlı olaraq keyfiyyət səviyyəsini müəyyən etməlidir. Ancaq bəri başdan vurğulamaq lazımdır ki, keyfiyyət səviyyəsi təhsil sahəsində qəbul olunmuş dövlət standartlarından aslıdır. Standartlar bir meyar, bir ölçüdür. Bu bir başa olaraq təhsilalanların təlim nəticələrinə yonəlmişdir. Təhsilin keyfiyyət səviyyəsi təhsil sahəsində dövlət standartlarının beynəlxalq və ümumavropa prinsiplərinə uyğun şəkildə qurulması əsasında müəyyən edilir. Aydındır ki, bu keyfiyyət səviyyəsi üçündə bir keyfiyyət göstəriciləri nəzərdə tutulmuşdur. Məsələn təhsil proqramları, abituriyentlərin hazırlıq səviyyəsi, maddi-texniki baza, infrastruktur, informasiya resursları, təhsilverənlərin peşəkarlığı və elmi-pedaqoji səviyyəsi, mütərəqqi tədris texnologiyaları və s kimi amillər misal çəkmək olar. O cümlədən təhsil müəssisəsində kadr hazırlığının keyfiyyət səviyyəsi məzunların milli və beynəlxalq əmək bazarında rəqabət qabiliyyəti, ölkənin sosial və iqtisadi inkişafında rolu həmçinin, təhsilin keyfiyyət səviyyəsi hər bir tarixi mərhələdə ictimai-siyasi, sosial-iqtisadi, elmi və mədəni inkişafla bağlı tələblərdən irəli gəlir. Mütəxəsislər hesab edirlər ki, bu günləri ölkədə aparılan təhsil islahatları ölkədə milli təhsil sisteminin inkişafına səbəb olur bununlada Azərbaycan Respublikasının beynəlxalq rəqabət qabiliyyəti artır. Bu xüsusda insan kapitalının formalaşması, onun mütəxəssis kadra çevrilməsi əsasə prioritet istiqamətlərdən biri hesab olunur. Düşünürəm ki, Azərbaycan təhsili özünün inkişaf konsepsiyasına uyğun olaraq qısa bir müddət ərzində dünya ölkələrində aparıcı bir mövqe nümayiş etdirəcəkdir. Çünki qısa bir müddət ərzində isalahatlar öz bəhrəsini verir.
- Təhsilin inkişafı ölkədə əhalinin rifahının yaxşılaşması, həmçinin fərdin daha yüksək səviyyədə qurulması üçün etibarlı zəmin yaradırmı?
- Son illər aparılan sosial-iqtisadi siyasət nəticəsində ölkədə yüksək inkişafa nail olunmuş, əhalinin maddi rifahı xeyli yaxşılaşmış, yoxsulluğun səviyyəsi minimuma enmiş və Azərbaycan Respublikası orta gəlirli ölkələr sırasında yer tutmuşdur. Gerçəkləşdirilən islahatlar və genişmiqyaslı infrastruktur layihələri sosial-iqtisadi həyatın yenidən qurulması və davamlı inkişafı üçün şərait yaratmışdır. Dəfələrlə mətbuatı izləyəndə dövlət başçısının xüsusi olaraq vurğuladığı əsas məsələlərdən biri insan kapitalının formalaşmasıdır. İnsan kapitalının formalaşması Azərbaycanda qeyri neft sektorunun inkişaf etməsidir. Buda Azərbaycanın neftdən aslılığının azadılması deməkdir. Ona görədə xüsusi olaraq vurğulamaq lazımdır ki, ölkənin siyasi-iqtisadi inkişafı və ya tənəzzülü onun təhsilindən asılıdır. Təbii ki, təhsil sahəsində ciddi irəlləyişə səbəb olacaq müxtəlif səpkili beynəlxalaq layihələrdən tutumuş, beynəlxalq müqavilələr, beynəlxalq konvensiyalara qoşulması, qovuşması Azərbaycanda təhsil sisteminin inkişafı üçün yeni bir eranın başlanğıcıdır. Müəyyən olunmuş İnkişaf konsepsiyasına uyğun olaraq şəxsə bilik, bacarıq vermək məqsədi ilə ölkədə insan resusları inkişaf etdirilməlidir. Təhsilin inkişafı ölkədə əhalinin rifahının yaxşılaşması, həmçinin fərdin həyatının daha yüksək səviyyədə qurulması üçün zəmin yaradır. Təhsil insanlara texnologiyaları çevik mənimsəmək, əmək bazarında layiqli yer tutmaq və ömür boyu təhsil prosesinə qoşulmaq, sağlam həyat tərzi, ətraf mühitə münasibətdə düzgün mövqe seçmək imkanı verir. Bununlada sizin sualınıza cavab olaraq bəli etibarlı zəmin yaradır. Çünki fərdin inkişafı təhsilin inkişafından aslıdır.
- Son illərdə ölkədə təhsilin inkişafı istiqamətində hansı addımlar atılıb və təhsilin inkişafına hansı tövhələri verir?
- Həqiqətəndə bu günləri Azərbaycanda təhsilin inkişafı istiqamətində dövlət başçısısını müxtəlif səpkili layihə və proqramları təhsilin müəyyən olunmuş istiqamətlər üzrə inkişafını təmin edir. Təhsilin normativ hüquqi bazası təkmilləşdirilmiş, maddi-texniki təminatı istiqamətində Azərbaycan Respublikası Prezidentinin sərəncamları əsasında geniş tədbirlər həyata keçirilmişdir. Həmin məqsədlə müxtəlif şəhər və rayonlarda 5000-ə yaxın məktəb binası tikilmiş və mövcud təhsil obyektlərində əsaslı təmir-bərpa işləri uğurla aparılmışdır. Təhsil müəssisələrində informasiya-kommunikasiya texnologiyalarının tətbiqi əhəmiyyətli dərəcədə genişlənmişdir. Təhsil islahatı sahəsində əldə olunmuş nailiyyətləri və təcrübəni öyrənmək məqsədilə Təhsil Nazirliyinin və pilot müəssisələrinin işçilərindən ibarət müxtəlif nümayəndə heyətləri Türkiyə, ABŞ, İsrail, İtaliya, Hollandiya, İngiltərə, Finlandiya və İsveç ölkələrinə tədris səfərləri etmişlər. Xüsusi vurğulamaq lazımdır ki, sürətlə modernləşən Azərbaycan Respublikasında təhsil sisteminin insan kapitalının inkişafı çağırışlarına cavab verməsi istiqamətində yeni addımların atılmasına, müxtəlif layihələrin tədbiqinə və ümumi təhsilin keyfiyyət göstəricilərinin beynəlxalq və ümumavropa standartlarına uyğunlaşdırılmasına ciddi ehtiyac vardır. Bu istiqamətdə atılan addımlar təhsilin inkişafına çox müsbət təsir göstərir. Təhsilin keyfiyyətinin yaxşılaşdırılması üçün yeni təhsili idarəetmə sisteminin qurulması, ənənəçilikdən uzalqlaşma, bu sahədə insan resurslarının inkişaf etdirilməsi, beynəlxalq təcrübəyə əsaslanan və müəllim peşəsinin nüfuzunun artırılması istiqamətində yeni bir modelin qurulması əsas prioritet istiqamətlərdən biri hesab olunur. Ona gördə çox asanlıqla qeyd etmək olar ki, təhsil sahəsində atılan addımlar hər biri bu ölkədə təhsilin inkişafına müsbət təsir göstərir. Təhsilin dayanıqlı və hamı üçün açıq bərabər imkanlı olması üçün etibarlı zəmin yaradır. Şəxsiyyətin, cəmiyyətin, dövlətin maraqlarının uyğunluğunu müəyyən edir. Ona görədə Azərbaycanda təhsil üçün yeni bir era başlanmışdır.
- Təhsilin inkişaf fondu təhsilin dayanaıqlı maliyyə mexanizmlərinin yaradılmasında nə kimi rolu var?
- Təhsilin inkişaf fondu haqqında qanunun tədbiqi 1995-ci ilə təsadüf edir. Ulu öndər Heydər Əliyev bununla bağlı fərman vermişdir. Təhsilin ilk başlanğıcında sərmaye olaraq 10 milyard manat ayrılmışdır. Xüsusi vurğulamaq lazımdır ki, təhsilin inkişaf fondu təhsilin inkişafı üçün çox mütərəqqi bir ideyadır. Azərbaycan Respublikasında təhsil sisteminin sosial-iqtisadi problemlərini həll etmək və hərtərəfli inkişafını təmin etmək, onun maddi-texniki bazasını möhkəmləndirmək, yaranmış maliyyə çətinlikləri şəraitində bu sahəyə ümumxalq yardımını təşkil etmək məqsədi ilə Təhsilin inkişaf fondu yaradılmışdır. Təhsilin maliyyələşdirilməsi mexanizmi təkmilləşdirilməli və təhsil sistemində rəqabət mühitinin inkişafını dəstəkləməlidir. Bunun üçün təhsilin bütün pillələrində adambaşına maliyyələşdirmə prinsipinin tətbiqi, səriştəyə və fəaliyyətin nəticələrinə əsaslanan əməyin ödənişi sisteminin yaradılması, maliyyələşdirmənin tədrisin keyfiyyət nəticələrinə görə müəyyən edilməsi məqsədəuyğundur. Bu fondun təhsilin inkişafı üçün fəaliyyəti danılmazdır.
- Məktəblinin dostu pilot layihəsinin müsbət və mənfi cəhətlərini necə qiymətləndirərdiniz?
- Dəfələrlə müsahibələrdə Məktəblinin dostu pilot layihəsi haqqında fikirlərimi bölüşmüşəm. Məktəblinin dostu pilot layihəsi şagird-müəllim-valideyn arasında bir körpüdür. Uçbucaq prizmasından diqqətlə baxsaq asanlıqla demək olar ki, son iki ildə hansı məktəbdə bu layihə varsa həmin məktəblər digər məktəblərdən seçilir. əsas odur ki, bu layihə tez bir zamanda böyük səs-səda doğurdu. Asan xidmət və Təhsil Nazirliyinin həyata keçirmiş olduğu bu layihəsi bir təhsil işçisi olaraq müsbət dəyərləndirirəm. Düşünürəm ki, bu layihə tez bir zamanda Bakıda bütün məktəbləri əhatə edəcək. Əslində Təhsil qanunundada göstərildiyi kimi təhsil müəssisələrində şəfaflıq və demokratik dəyərlərin formalaşması üçün özünü idarəorqanlarının fəaliyyəti danılmazdır. Bu tipli layihələrində tədbiqi müəssisələrdə şəfaflıq vvə demokratik dəyərlərin təbliğinə əsas verir. Son dövrlərdə Azərbaycan təhsilinin inkişafı, beynəlxalq standartlara cavab verən bir sistemin qurulduğu vaxtda bu layihə düzgün atılmış bir addımdır. Çalışdığım 317 saylı tam orta məktəbdədə fəaliyyət göstərən Məktəblinin dostları həqiqətən şagirdlərin dostuna çevrilmişdir. Onlarla davranışı, etikası, təmkinliyi onların mədəni davranışının bariz nümunəsidir. Uşaqların asudə vaxtlarının səmərəli təşkilində bu heyyətin böyük xidməti vardır. İstedadlı uşaqları aşkara çıxartmaqda onlarında xidməti danılmazdır. Hesab edirəm ki, bu layihənin uzun müddətli olması təhsil sisteminə böyük tövhə verəcəkdir.
- Bu yaxınlarda təhsil naziri Ceyhun Bayramov direktorların işə qəbulu müsabiqəsini elan etdi. Buna münasibətiniz necədir?
- Bəli bu ilin 22-23 noyabr tarixlərində Təhsil Nazirliyinin əmri ilə Direktorların işə qəbulu müsabiqəsi həyata keçirildir. Əslində bu müsabiqə artıq təhsil sistemində inkişafın, demokratik bir dəyərlərin formalaşmasını göstərir. Bu müsabiqənin tədbiq edilməsi təhsil hüququna dövlət təminatıdır. Artıq bu tipli müsabiqələrin həyata keçirilməsi təhsilin inkişafına müsbət təsir göstərir. Ümumilikdə son dövrlərdə Mikayıl Cabbarovun və Ceyhun Bayramovun nazir təyin edilməsi ənənçilikdən uzaqlaşmaya səbəb oldu. Əsası Mikayıl Cabbarovun dövründə qoyulan DİQ müsabiqəsi Ceyhun Bayramov dönəmində dahada təkmilləşdi. Buda bir daha təhsildə şəfaflığın, demokratik dəyərləroin formalaşmasını göstərir. Müsabiqənin iştirakçısı olaraq bu işi müsbət dəyərləndirirəm.

Conflict.az