Neft Fondu gəlirlərini açıqladı - 135 milyard...

Cəmiyyət

118

 Neft Fondu gəlirlərini açıqladı - 135 milyard...Dövlət Neft Fondu bu il üzrə olan gəlirlərini açıqlayıb.

Fondun açıqlamasına görə, Azəri-Çıraq-Günəş yatağı üzrə əldə olunan ümumi gəlirlər – yəni 2001-ci ildən bu günə kimi 135 887 mln. ABŞ dolları olub. Bu il isə AÇG yatağından 7 401 mln. ABŞ dolları məbləğində gəlir əldə edilib.

Bundan başqa Şahdəniz yatağı üzrə kondensatın satışından əldə olunan gəlirlər bu il üçün (01.01.2018 - 01.10.2018 tarixinə) 115 mln. ABŞ dolları, Şahdəniz yatağı üzrə əldə olunan ümumi gəlirlər - 2007-ci ildən etibarən
2 506mln. ABŞ dolları məbləğində olub.