Səfər Əbiyev xaricə gedib?

Cəmiyyət

167

 Səfər Əbiyev xaricə gedib?Sosial şəbəkələrdə eks-müdafiə naziri Səfər Əbiyevin səhhətində problem yarandığı və onun məhz bu səbəbdən müalicə üçün xarici ölkələrin birinə getdiyi bildirilib.

Eks-nazirin dostları bildiriblər ki, Səfər Əbiyevin səhhətində problemlərin yaranması ilə bağlı yayılan məlumatlar əsassızdır.

Bildirilib ki, eks-nazir hazırda Bakı şəhərində yaşayır.

“Onun səhhətində heç bir problem yoxdur. Səfər müəllim hazırda evində istirahət edir”.

General-polkovnik Səfər Əbiyev 1992-1995-ci illərdə Müdafiə Nazirliyi Baş Qərargah rəisinin birinci müavini, Baş Qərargah rəisi-müdafiə nazirinin birinci müavini, müdafiə naziri vəzifəsinin icraçısı, müdafiə nazirinin müavini vəzifələrində çalışıb.

1995-ci il fevralın 5-dən 2013-cü il oktyabrın 22-dək Azərbaycan Respublikasının müdafiə naziri postunu tutub.
(modern.az)