Azərbaycanda Qızılağac Milli Parkı yaradılır

Cəmiyyət

194

Azərbaycanda Qızılağac Milli Parkı yaradılırPrezident İlham Əliyev Qızılağac Milli Parkının yaradılması haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən Kiçik Qızılağac Dövlət Təbiət Yasaqlığına aid torpaqlardan 10390,89 hektar və Neftçala rayonunun inzibati ərazisində yerləşən dövlət ehtiyat fondu torpaqlarından 309,11 hektar ayrılmaqla, Qızılağac Dövlət Təbiət Qoruğunun (88360,0 hektar) bazasında bu sərəncama əlavə edilən yerquruluşu planında göstərilmiş 99060,0 hektar sahədə Azərbaycan Respublikasının Qızılağac Milli Parkı yaradılacaq.

Qeyd edək ki, sərəncam xüsusi mühafizə olunan təbiət əraziləri şəbəkəsinin genişləndirilməsini, biomüxtəlifliyin qorunub saxlanılmasını, təbii resurslardan səmərəli istifadəsini və ekoturizmin inkişafını təmin etmək məqsədilə imzalanıb.