Milli Qəhrəmnanın ailəsi güzəştli mənzil satışından NARAZILIQ ETDİ

Cəmiyyət

246

Milli Qəhrəmnanın ailəsi güzəştli mənzil satışından NARAZILIQ ETDİMənzil İnşaatı Dövlət Agentliyi (MİDA) artıq 3-cü dəfə sosial evlərin satışa başlandığını elan etsə də, vətəndaşlar şəxsi kabinetlərinə daxil ola bilmirlər.

Yüzlərlərlə insan sistemdə problem olduğunu dilə gətirir. Onlardan biri də Azərbaycanın Milli Qəhrəmanı İsgəndər Aznaurovun xanımı Gülxanım Aznaurovadır. G.Aznaurova Modern.az-a açıqlamasında dəfələrlə elan edilən satışlar zamanı problem yarandığını bildirib:

“Evi qızım üçün almaq istəyirik. Bütn sənədlərimiz də qaydasındadır. İlk dəfə problem oldu anladıq. Sonra dedilər bu gün səhər 11-də satış başlanır. Nə qədər çalışsaq da, şəxsi kabinetə daxil ola bilmədik. Sonra dedilər saat 3-də satışlara yenidən start veriləcək. Səhər açılandan kompüterin qarşısında oturmuşuq, heç nə alınmır. Hələ on gün əvvəl MİDA-dan bizə məlumat verdilər ki, “sınaqdır, filan yerə daxil olun, filan şeyi edin ki, satış başlayanda sizə rahat olsun”. Etdik, nə olsun, yenə də mümkün deyil. Mən əminəm axşam elan verəcəklər ki, “evlər satıldı”.

G.Aznaurova problemin tez bir zamanda aradan qaldırılmasını və qurumdan açıqlama gözlədiklərini vurğulayıb.

Qeyd edək ki, Yasamal Yaşayış Kompleksində sosial mənzillərin satışı Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) tərəfindən ilk dəfə may ayında təşkil edilsə də, sonradan prosedur dayandırılıb və nəticələr ləğv edilib. Mənzillərin təkrar satışının bu gün həyata keçiriləcəyi elanı verilsə də səbəbi məlum olmayan problem üzündən satış dayandırlıb. Nəhayət, saat 15:00-da yenidən satışa başlanıldığı elanı verilib, amma vətəndaşlar problemin aradan qalxmadığını bildirib.

Conflict.az məlumatda adı çəkilən qurum və ya şəxslərin də cavab haqqlarını tanıyır, dərc edə bilər