DSMF-nin Kürdəmir rayon şöbəsinə yeni sədr təyin olunub

Cəmiyyət

428

DSMF-nin Kürdəmir rayon şöbəsinə yeni sədr təyin olunubƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Kürdəmir rayon şöbəsinə yeni müdir təyin edilib.

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bununla bağlı müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Elçin Şəmsəddin oğlu Abasov DSMF-nin Kürdəmir rayon şöbəsinə sədr təyin olunub.

Qeyd edək ki, DSMF-nin Kürdəmir rayon şöbəsinin sədri İlkin İbadulla oğlu İbrahimov bir müddət əvvəl vəzifəsindən azad edilərək Abşerona göndərilmiş, onun səlahiyyətlərinin icrası isə müvəqqəti olaraq həmin qurumun sosial mavinət sektorunun müdiri Hamil Hidayətova tapşırılmışdı.