Daha bir ölkə plastik paketlərdən imtina etdi

Cəmiyyət

121

Daha bir ölkə plastik paketlərdən imtina etdi
Çili hakimiyyəti ölkədə təxminən 2 ildir aparılan islahatlara uyğun olaraq ticarət köşklərində plastik paketlərdən istifadə ilə bağlı son qadağanı tətbiq edib.

Bu barədə ölkənin Ətraf Mühitin müdafiəsi naziri Karolina Şmidtə istinadən RİA “Novosti” agentliyi bildirib.

"Plastik paketlərdən imtina 3 avqust 2018-ci ildə başlanılıb və bu gün son addım atılıb – kiçik və orta mağazalarda plastik paketlər qadağan edilib", - nazir deyib.

Bundan əvvəl, ölkə hakimiyyəti supermarketlərdə plastik paketlərin satışına və istifadəsinə qadağa qoyub. Hakimiyyət iki il ərzində 5 milyon paketin satışının qarşısını ala bilib.

Yeni qaydalara əsasən, plastik paketi satan mağazanı təxminən 250 min peso (330 ABŞ dolları) məbləğində cərimə gözləyir.

Conflict.az