Sizin reklam burada
Sizin reklam burada

Doğma Yurda Qayıdış İB-də Şuranın təşəbbüsünə qoşuldu

Doğma Yurda Qayıdış İB-də Şuranın təşəbbüsünə qoşuldu
Doğma Yurda Qayıdış İctimai Birliyi Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının elan etdiyi müsabiqənin qaliblərindən biridir. Təşkilat Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının təşəbbüsü ilə qalib olduğu layihənin istiqamətini dəyişərək pandemiya dönəmi olduğu üçün 60 (altımış) nəfər imkansız ailəyə ərzaq və digər istehlak mallarının yardım edilməsi ilə bağlı müqavilə imzalayıb. DYQ-nin sədri, eyni zamanda layihə rəhbəri Səməd Hətəmovun əməkdaşımıza verdiyi məlumatda qeyd edilir ki, layihənin icrası ilə bağlı hazırlıq işləri artıq tamamlanıb. Təşkilatın sonrakı fəaliyyəti Şuranın tövsiyyələri əsasında yardım paketlərinin öncədən müəyyən edilmiş ailələrə çatdırılmasını həyata keçirmək olacaq.

Conflict.az

  • Sosial şəbəkədə paylaş