İcra başçısının müavini deputatlığa namizədə təzyiqlər edir - ŞİKAYƏT

Cəmiyyət

104

İcra başçısının müavini deputatlığa namizədə təzyiqlər edir - ŞİKAYƏTİcra başçısının müavini: “Namizədliyi təsdiqlənən şəxsə niyə təzyiq olunmalıdır və nə üçün təzyiq etməliyik?”

66 saylı Biləsuvar Seçki Dairəsindən namizədliyini irəli sürən Nurlan Mirəli ona imza vermiş şəxslərə təzyiq edildiyini deyir.

Bu barədə Meydan TV-yə danışan Nurlan Mirəli deyir ki, Ümid Partiyasının təşəbbüsü ilə seçkiyə qatılıb və o, imza vərəqələrini yanvarın 9-da DSK-ya təqdim edib:

“Ancaq Ovçubərə, İsmətli, Günəşli kənd bələdiyyələrinin sədrləri və icra nümayəndələri mənə imza verənlərə təzyiq göstərir. Konkret olaraq, İsmətli kənd icra nümayəndəsi Mübariz Mürsəlov, Günəşli kənd icra nümayəndəsi Əli Eyvazov vətəndaşları bələdiyyənin verdiyi pay torpağın və dövlət tərəfindən ayrılmış sosial müavinatlərın əllərindən alınacağı ilə hədələyirlər”.

O, hətta yaxın qohumlarına da oxşar təzyiqlərin olduğunu bildirib.

Biləsuvar Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Xanlar Məmmədov Meydan TV-yə deyilənləri təkzib edib.