Komitə zorakılığa məruz qalan uşaqların əlamətlərini - Açıqladı

Cəmiyyət

69

Komitə zorakılığa məruz qalan uşaqların əlamətlərini - AçıqladıAilə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi valideynlərə müraciət edib.

Müraciətdə valideynlərə övladlarının zorakılığa məruz qalıb-qalmadığını anlamaq üçün uşaqlarda aşağıdakı əlamətlərin olub-olmamasına diqqət yetirmək tapşırılıb:

- Bədəninin hər hansı bir yerində göyərmə, kəsik, sıyrıq, şişlik qırıq, çıxıq və yaxud yara varsa;

- Bu əlamətləri paltarları ilə gizlətməyə çalışırsa;

- Sağalmayan, səbəbi məlum olmayan yaralar;

- Özünə aid əşyaları itirirsə və evə cırıq paltarlarla gəlirsə;

- Həmişəkindən daha çəkingən, içinə qapanıq, və etinasız, süst olursa;

- Sizinlə və ətrafındakılarla ünsiyyətdən qaçırsa;

- Tək qalmağa meyillidirsə;

- Başqalarına inanmırsa;

- Məktəbə getmək istəmirsə, dərsdən qaçırsa;

- Yuxusunda və iştahında dəyişikliklər varsa

- Yatağını islatma, kəkələmə və nitqində ilişmə, gecə kabusları varsa,

- Təhsil naliyyətlərində geriləmə varsa,

- Anormal sakitlik və ya aqressiv davranma, söz dinləməmək, üsyankarlıq varsa;

- Verdiyiniz suallara yalan cavablar verirsə, hekayələr uydurursa;

- Dinlədiyi musiqidə, çəkdiyi şəkillərdə, yazılarında şiddəti göstərən əlamətlər varsa;

- Vücudunun eybəcər olduğunu, cinsi orqanlarında bir problem olduğunu düşünürsə;

- Oyuncaqları ilə və ya başqa uşaqlarla oynayarkən cinsəllik və zorakılıq ehtiva edən hərəkətlərə üstünlük verirsə, onun zorakılığa məruz qaldığını düşünə bilərsiniz./Repot/