Azərbaycanlı alim vəfat edib

Cəmiyyət

116

Azərbaycanlı alim vəfat edibAzərbaycan elmi ictimaiyyətinə ağır itki üz verib.

AzərTac xəbər verir ki, ölkəmizdə yarımkeçiricilər fizikası sahəsində tanınmış alim, Dövlət Mükafatı laureatı, “Şöhrət” ordenli, Milli Aviasiya Akademiyasının Ümumi və tətbiqi fizika kafedrasının müdiri, akademik Bahadır Tağıyev yanvarın 7-də 86 yaşında vəfat edib.

Bu gün saat 14.00-da Azərbaycan Milli Elmlər Akademiyasının əsas binasında görkəmli alimlə vida mərasimi keçiriləcək.