Vatsapla bağlı əhaliyə XƏBƏRDARLIQ EDİLDİ

Cəmiyyət

126

Vatsapla bağlı əhaliyə XƏBƏRDARLIQ EDİLDİVatsapda “Yeni il” adlı çox təhlükəli virus aşkar olunub.

Xarici KİV-lərin məlumatına görə, cinayətkarlar bayram təbrikləri adı altında istifadəçilərə linklər göndərirlər. İstifadəçilər linklərə daxil olandan sonra cihazdakı bütün məlumatlar hakerlərin əlinə keçir. Məlumata görə, hakerlər bu üsulla istifadəçilərin bank hesablarını, şifrələrini, fotolarını və digər şəxsi məlumatlarını əldə edə bilirlər.

Virusun mənbəyi barədə məlumat yoxdur. Şirkət təhlükə ilə bağlı əhaliyə xəbərdarlıq edib. Bildirilib ki, linklər çox sadə olsa da, insanlar təbrik mesajlarının çox olmasına görə diqqətsiz davranaraq linklərə daxil olurlar.