Polisin rüşvət videosu yayıldı, araşdırma başladı - Rəsmi

Cəmiyyət

140

Polisin rüşvət videosu yayıldı, araşdırma başladı - RəsmiSosial şəbəkələrdə Yol Patrul Xidməti (YPX) əməkdaşının vətəndaşdan rüşvət aldığı iddia edilən videogörüntülər yayılıb.

Baş Dövlət Yol Polisi İdarəsinidən Report-a bildirilib ki, videogörüntülərə baxış keçirilib və araşdırma aparılır.

"Araşdırmanın sonunda fakta hüquqi qiymət verləcək", - idarədən bildirilib.

Qeyd edək ki, görüntülərdə 99 YP 866 nömrəli YPX avtmobili ilə xidmət aparan polis əməkdaşının Bakı-Ələt-Qazax yolunda "Toyota" markalı avtbobilin sürücüsünü saxladığı, söhbət zamanı sürücünün cibindən nəsə çıxararaq polis əməkdaşının cibinə qoyduğu müşahidə edilir. Bundan sonra sürücü YPX əməkdaşı ilə əl görüşərək uzaqlaşır.