Deputatlığa namizədliyini irəli sürən jurnalistlər - Siyahı

Cəmiyyət

129

Deputatlığa namizədliyini irəli sürən jurnalistlər - Siyahı2020-ci il 9 fevralda keçiriləcək parlament seçkilərinə namizədliyin irəli sürülməsində xüsusi aktivlik müşahidə olunur.

Axar.az xəbər verir ki, deputatlığa namizədliyini verənlər içərisində jurnalistlər də az deyil.

Onlardan bəzilərini təqdim edirik:

Nəsimi Paşayev (Bakı Metropoliteninin sabiq mətbuat katibi) - 49 saylı Yevlax-Mingəçevir seçki dairəsi.

Razi Abbasbəyli (Gundeminfo.az saytının baş redaktoru) - 63 saylı Sabirabad 1-ci seçki dairəsi.

Zahir Əzəmət (Qaynarinfo.az saytının baş redaktoru) - 45 saylı Abşeron seçki dairəsi.

Ceyhun Musaoğlu - 45 saylı Abşeron seçki dairəsi.

Tural Turan (Hafta.az saytının əməkdaşı, şair) – 102 saylı Samux-Şəmkir seçki dairəsi.

Qeyd edək ki, seçkiyə qatılmaq qərarını elan edən başqa media nümayəndələri də var, lakin hələlik onlar DSK-lara rəsmi müraciət etməyiblər.