Bakının bu rayonunda su olmayacaq

Cəmiyyət

121

Bakının bu rayonunda su olmayacaqBakı şəhəri Xətai rayonu ərazisində bu gün ərzində su məhdudiyyətlə veriləcək.

Azərsu ASC-dən verilən məlumata görə, magistral su xəttində baş vermiş qəzanın aradan qaldırılması ilə əlaqədar gün ərzində Xətai rayonunun bir hissəsinə içməli suyun verilməsində məhdudiyyət olacaq.

Yaranmış narahatlıqla əlaqədar Azərsu ASC abonentlərdən üzr istəyir.