Sizin reklam burada
Sizin reklam burada

Sumqayıt - Bakı qatarı GECİKDİ

Sumqayıt - Bakı qatarı GECİKDİBu gün saat 08:30 radələrində dəmir yolunun Xırdalan stansiyasının kontakt şəbəkəsində nasazlıq yaranıb.

"Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətindən Publika.az-a verilən məlumata görə, yağışlı hava şəraiti ilə əlaqədar yaranan atmosfer gərginliyi nəticəsində, kontakt şəbəkəsində izolyator zədələnib: “Yaranmış nasazlıq nəticəsində Sumqayıt-Bakı elektrik qatarları Xırdalan stansiyasında 23-42 dəqiqə arası dayanmalı olub. Nasazlıq təcili olaraq aradan qaldırılıb və qatarlar hazırda öz qrafiki üzrə hərəkət edir. “Azərbaycan Dəmir Yolları” QSC yaranmış narahatlığa görə sərnişinlərdən üzr istəyir”.

  • Sosial şəbəkədə paylaş