Sizin reklam burada
Sizin reklam burada

Zəhərlənən tələbələrin istəyi: rektor onlara baş çəkdi (YENİLƏNDİ)

Zəhərlənən tələbələrin istəyi: rektor onlara baş çəkdi (YENİLƏNDİ)Bakı Dövlət Universitetinin zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilən tələbələrinin vəziyyəti normaldır.

Publika.az xəbər verir ki, bu barədə BDU-nun mətbuat xidmətinin rəhbəri Pərvanə İbrahimova məlumat verib.

O bildirib ki, bu gün səhər universitetin rektoru və müşaviri xəstəxanada tələbələrin yanında olublar: "Tələbələr özlərini yaxşı hiss edir, gəzir, yemək yeyirlər. Onlar həkimlərin tam nəzarəti altındadırlar. Yaxın günlərdə evə buraxılacaqlar. Hətta onlar oxumaq üçün kitab istəyiblər. Tələbələrimizə şəfa diləyir və tezliklə sağalmalarını arzulayırıq".

***

09:38

Bakı Dövlət Universitetinin (BDU) 2 saylı yataqxanasında zəhərlənən tələbə qızların vəziyyəti ağır-stabil qiymətləndirilir.

Səhiyyə Nazirliyindən Publika.az-a verilən məlumata görə, zəhərlənmə diaqnozu ilə Kliniki Tibbi Mərkəzə daxil olmuş Həmidə İbadova və Dürrubə Quliyevanın müalicəsi Səhiyyə Nazirliyinin rəhbərliyi tərəfindən nəzarətə götürülüb. Onların müalicələri stasionar şəraitdə davam etdirilir.

Qızların zəhərlənmə səbəbləri hələlik dəqiq müəyyən edilməyib.

Xatırladaq ki, hadisə zamanı bir nəfərin ölməsi, iki nəfərin isə zəhərlənməsi ilə bağlı Bakı Şəhər Prokurorluğunda cinayət işi başlanılıb, istintaq aparılır.

  • Sosial şəbəkədə paylaş