Dillər Universitetinə daha bir prorektor təyin edildi

Cəmiyyət

19

Dillər Universitetinə daha bir prorektor təyin edildiAzərbaycan Dillər Universitetində (ADU) yeni kadr təyinatı olub.

Bununla bağlı ADU-nun rektoru, akademik Kamal Abdulla müvafiq əmr imzalayıb.

Əmrə əsasən, professor Sevinc Zeynalova ali məktəbin Tədris işləri üzrə prorektoru vəzifəsinə təyinat alıb.

O, əvvəllər ADU-nun Elmi işlər üzrə prorektoru işləyib.

Qeyd edək ki, universitetin Tədris işləri üzrə əvvəlki prorektoru professor Əfqan Abdullayev olub. O, Təhsil Nazirliyinə təyinat alıb.