“Azəristiliktəhizat” zərərlə işləyir – Sədr müavini

Cəmiyyət

58

“Azəristiliktəhizat” zərərlə işləyir – Sədr müaviniƏhaliyə verilən istiliyin tarifləri maya dəyərindən aşağıdır. “Azəristiliktəhhizat” ASC müəyyən qədər zərərlə işləyir. Bu zərərin aradan qaldırılması üçün tədbirlər görülür. Elə “Azəriqaz”a olan borcumuz da zərərlə işləməyimizdən irəli gəlir.

Teleqraf.com xəbər verir ki, bunu keçirdiyi mətbuat konfransında “Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyəti sədrinin müavini İlham Mirzəliyev bildirib.

O qeyd edib ki, əhalinin istiliklə təchizatının sosial əhəmiyyəti nəzərə alınaraq dövlət səhmdar cəmiyyətinin borclarının qarşılanmasında öz dəstəyini əsirgəmir.

Səhmdar cəmiyyətinin zərərlə işlədiyi üçün özəlləşdirilməsinin mümkünlüyü barədə suala cavab verən İ.Mirzəliyev qeyd edib ki, özələşdirilmə problemin həlli deyil: “Bunun üçün əvvəlcə sistem tam bərpa olunmalı, tariflər maya dəyərinə çatdırlmalıdır. Müəyyən optimal vəziyyət yarandıqdan sonra özəlləşdirilə bilər. Yəni, investor da özəlləşdirmədə maraqlı olmalıdı. Biz buna pis baxmırıq. Dünya təcrübəsində də bu var”.