Rüfət Muradlı - Ruhaninin iddiası - illərdir dəyişməyən ritorika

yazar

132

Rüfət Muradlı - Ruhaninin iddiası - illərdir dəyişməyən ritorika Son günlər İİR prezidenti Həsən Ruhaninin Azərbaycan Respublikasına qarşı ərazi iddiasına köklənən çıxışı mediamızda və duyarlı insanlarımız arasında ciddi narazılıqla üzləşdi. Əslində Ruhaninin iddialarına toplumun sərt reaksiyası hardasa anlaşılandır. Sözdə daim islam birliyi ideyasından, ümmətçilikdın “dəm vuran” dövlətin başçısından bu şəkildə qonşu ölkənin ərazi bütövlüyünü hədəf alan açıqlamanın səslənməsi şübhəsiz ki, bizim ürəyisaf millətimiz üçün etirazlarla yanaşı bir az da təəccüb doğurdu.Amma Ruhaninin bu yanaşmasınadək İran rəsmilərinin, eləcə də xaricdəki İran müxalifətinin təmsilçilərinin özündə Azərbaycana qarşı ərazi iddialarının yer aldığı, şovinist mahiyyətli, milli nifrət püskürən çıxışlarını dəfələrlə duymuşuq. Şuubiyyə cərəyanından qaynaqlanan bu düşüncə isə tarix hüdudlarına sığmadığı kimi, iqtidar və müxalifət çərçivəsi də tanımır. Elə isə gəlin birlikdə o çıxışların bəzilərinə , xüsusilə Azərbaycanın müstəqilliyə çatmasından sonra səslənən bəzi açıqlamalara xronoloji ardıcıllıqla nəzər salaq.
Əli Əkbər Vilayəti - dönəmin Xarici İşlər naziri, sonralar İnqilab Rəhbərinin uzun illər beynəlxalq əlaqələr üzrə müşaviri olub)-“ İranın Azərbaycan ostanlarına sərmayə yatırçaq olmaz. Gec tez ayrılmaq istəyəcəklər.1992
Əkbər Gənci ( Xatəmi dönəminin aparıcı siyasi siması, hal hazlrda xaricdə İran müxalifətinin tanınmış simalarından)- “İranın şimalında Azərbaycan adlı bir dövlətin varlı bizim təhlükəsizliyimizi hədələyir”1993
Yenə Əli Əkbər Vilayəti - Ermənilərlə bizi tarixi köklər birləşdirir. 1994
Əlirza Nurizadə ( hazırkı İran rejiminin qatı müxaliflərindən) -Azərbaycanlılar( güneylilər) İranı Bakınım qucağına atmaq istəyirlər (2009)
Ayətullah Müctəhid Şəbüstəri ( İnqilab Rəhbərinin Şərqi Azərbaycan üzrə nümayəndəsi) - Azərbaycan Respublikası Şimali İrandır ( Misaq qəzeti, 2010)
H. Firuzabadi ( İran Silahlı Qüvvələri Baş qərargah rəisi) - Azərbaycan Respublikası İranın tarixi ərazisidir və hər zaman ərazi iddiası irəli sürə bilərik.2012
Ayətullah Əxgəri ( İran İslami Təbliğat Təşkilatının sədri) - Ermənilərlə iranlılar eyni kökdəndirlər.2015
Və 2019-cu il Həsən Ruhani ( İİR prezidenti) - Azərbaycan Respublikası İranın tarixi ərazisidir.
Açıq aşkar görünür ki, bu açıqlamalar özünü islam təəsübkeşi sayan dövlətdən çox , militarist , qonşularla daim sorun axtaran ölkənin rəsmilərinin ritorikasını əks etdirir. Bu ritorika bir əsrə yaxındır ki, 1925-ci ildə Pəhləvilərin hakimiyyəti qəsb etməsindən bu günədək dəyişməyən, özündə Türk millətinə qarşı nifrəti , qonşulara qarşı daim ərazi iddialarını ehtiva edən siyasətdir. Sağalması çətindir , amma mümkünsüz də deyil. Bunun üçün, ötən il bir yazımda qeyd etdiyim kimi “ İran demokratikləşməlidir”bir sözlə mövcud İran dəyişməlidir. Millətlərin haqqının tanındığı, iqtisadiyyatın liberallaşdığı, azad seçkilərin reallaşdığı, dünya üçün , məntəqə üçün təhlükə olmayan , insan hüquqlarına sayğı duyan İranın( adı nə olursa olsun) mövcudluğu öz əhalisi ilə yanaşı illərdir sorun yaşatdığı qonşular üçün də vacibdir. Əslimdə demokratıkləşmə təkcə İran üçün deyil, bütün məntəqə ölkələri üçün vacibdir. O cümlədən bizim ölkəmiz üçün də. Bir sözlə regionun terror dəhşətindən xilas olması, Orta Şərqin savaş coğrafiyasından barış coğrafiyasına çevrilməsi üçün çıxış yolu məhz demokratikləşmədir.