İntiqam SOLTAN - LAP BAŞIMI İTİRMİŞƏM

yazar

148

İntiqam SOLTAN - LAP BAŞIMI İTİRMİŞƏM (felyeton)

A kişilər ...
Avropalı əli ilə yeyir, ayağı ilə yeyir-mədəniyyətdir!..
Mən yazıq çəngəli əlimdən yerə qoyan kimi, deyirlər, - vəhşi!..

Avropalı süfrə arxasında gündəyməzindən guppagup top atır, deyirlər, - mədənidir!..
Yazıq mən keyfiyyətsiz qidadan mədəmdəki qazı xaric eləmək üçün gəyirirəm, deyirlər, - tərbiyəsizdir!..

Avropalı qızını aparıb tanımadığı gədənin yatağına atır,- bu da mədəniyyət sayılır...
Mən qızıma gələn eliçinin narkotika istifadəçisi, ya cinsi azlıqlardan olub-olmadığını öyrənmək istəyirəm, deyirlər, - cahildir!..

Avropalı oğlunun arvadı ilə çaşka-lojkadır, - mədəniyyət imiş...
Mənim oğlum gəlinimi mənim yanımda dindirmir, - gerizəkalı imiş!..

Avropalı qızının toyuna dəvətnamə ilə gəlir, içib bütün açarlarını itirir, - mədəniyyətdir!..
Mən günüqara göz bəbəyi qədər qoruduğum qızımın toyunda qol götürüb oynayıram, ağzımın üstündən Həzrət Abbas şilləsi dəyir ki, - şərəfsizsən!..

Avropalı Sara 7 dəfə ərə gedir, - mədənidir!..
Mənim Sara bacım 40 ildir ərinə sədaqət göstərir, - vəhşi imiş!..

Qonşu işə gedən kimi Con onun arvadı ilə yatır, - mədənidir ki, mədəni!..
Cavanşir qonşunun arvadına salam verdiyinə görə, - əxlaqsızdır!..

Avropalı məktəbli bəkarətini məktəbdən evə gələndə itirib, - mədəni imiş!..
Mənim bacım gəlin köçəndə yanında yengə gedir, - vəhşilik imiş!..

Avropalı hökumət başçısı hər bazar kilsəyə gedib həftə ərzində dünyanı qana çalxadığına görə Allaha yalvarır ki, - qələt eləmişəm, məni bağışla, - o biri həftə genə bildiyini eləyir, - it oğlu it, olur mədəni!..
Mənim hökumət başçım bir məscid tikdirəndə olur, - panislamist!..

Avropalının parklarında uşaqların əylənməsi üçün fırlanan dairə "Macəralar təkəri" adlanır...
Mənim milli parkımda fırlanan, - "Şeytan təkəri"...

Avropalı saqqalını uzadanda orda mələklərə yuva qururmuş ...
Asiyalının üzünə tük çıxdımı, - olur şeytan yuvası!..

Lənət şeytana!..
İndi, lap başımı itirmişəm!
Bilmirəm neynim ki, mən də mədəni olum!?.

Deyirəm görəsən bu Qərb mədəniyyəti nə olan şeydi ki, mən qərib köpəyoğlu bunu öyrənə bilmirəm.

Neynim, bilmirəm?!.

Şeytan deyir, get öz arvadına pis gözlə baax!..

Yox, a kişilər, bu lap ağ olar. Kim nə deyir-desin mən öz arvadına pis gözlə baxan kişilərdən deyiləm...
Bircə o qalmışdı...
Onda da avropalı mənə nə deyəcək, - qalsın bir tərəfə, amma qonum-qonşu yüz faiz mənə deyəcək, - oğraş, - onu bilirəm!..

Lənət şeytana! Min lənət!..

Conflict.az