Rüfət Muradlı - Rəsul Quliyev kimin dəyirmanına su tökür?

yazar

113

Rüfət Muradlı - Rəsul Quliyev kimin dəyirmanına su tökür? Azərbaycanın varlığını daim hədəf alan məlum "Azariha" saytında oxudum ki, Rəsul Quliyev Azərbaycandakı talış və ləzgilərə də muxtariyyət verilməsinə təkid edib. Eks spiker iddia edib ki, "Azərbaycanda etnik azlıqlar yalnız talış və ləzgilərdir ki, gərək onlara da muxtariyyət verilsin". Sayt bu məlumatı guya Obyektiv. tv-yə istinadla yazıb. Rəsul Quliyevin bu avantürası açığı mənə 1993-cü il hadisələrini, Qondarma Talış Muğan Respublikası və "Sadval"çıların separatçı hərəkətlərini xatırladır. Hansı ki, o zaman adamın özü Baş nazirin müavini idi və olayları yaxşı xatırlayır. Görünür yaşının ahıl vaxtında enerjisinin tükənməsi ilə Rəsul müəllimdə sayıqlamalar artıb. Amma Azərbaycan milləti 1993-cü ildə onun öz hökumətinə xəyanətini, 1997-ci ildəki rüsvayçılığını, 2005-ci ildə isə öz tərəfdarlarına yaşatdığı ümidsizliyi unutmayıb və artıq bu toplum, bu millət elə birisini nəinki istəmir, onun açıqlamalarına ciddi yanaşmır. "Karvan keçər" misalı kimi... Mənim cavabım isə məhz həmin müsahibəni tirajlayan saytlara ünvanlanıb. Rəsul Quliyev həmin müsahibədə bir az da irəli gedərək Güney Azərbaycanda milli haqları üçün mübarizə aparan soydaşlarımızın düşüncəsinə qarşı hörmətsiz davranaraq "Güney Azərbaycanlılar gözləyirlər ki, Azərbaycan Respublikası nə vaxt İrana birləşəcək" deyə sərsəmləyir. Güney Azərbaycanda öz haqları uğrunda mübarizəni idiotizm adlandıran bu zat İran reallığında hər hansı assimilyasiyanın olmadığını belə iddia edir. Məncə Ana dili ilə təhsil haqqı tanınmayan, amma buna baxmayaraq öz varlığını qoruyub saxlamağı bacaran bir topluma qarşı bu ifadəni işlətmək az yumşaq mənada vicdansızlıq və dönüklükdür. Pəhləvilər dönəmindən başlayaraq, İslam Respublikası dönəmində də bitməyən anti türk assimilyasiya siyasətinin olmamasını iddia etməyin özü sözün bütün anlamıyla idiotizmdir. Rəsul Quliyev son zamanlar ağlına gələnləri düşünmədən "püskürdərək" gündəmə gəlməklə məşğuldur. Amma bu dəfə fərdləri yox, milləti hədəf almaqla yaşadığı "alzaymer sindromunun" nə qədər dərinə işlədiyini ortaya qoydu. Çünki sağlam olsaydı, bu sərsəmləmələri ilə kimlərin dəyirmanına su tökdüyünü yaxşı anlayardı. Bu müsahibəni tirajlayan "Azariha" saytının əsas hədəfiinin Azərbaycanın ərazi bütövlüyü və milli varlığına qarşı olduğunu gözəl bilirik. Eləcə də paniranistlərin yuva saldığı "Aparat" proqramının tez tələsik bu yanaşmanı tirajlaması Rəsul Quliyevin bu müsahibə ilə vətəninə növbəti xəyanətinin sonucudur. Ya da düşünülmüş xəyanət yox, elə qocalıqdan yaranan yaddaşsızlıq sindromu..Ona görə güneyli dostlarıma da üz tutub bildirmək istəyirəm ki, Rəsul Quliyevin sayıqlamalarını ahıllığından doğan zehin xəstəliyinə -alzaymerə görə önəmsəməyin. Quzeydəki soydaşlarınız onu çoxdan tarixin "zibiliyinə" gömmüşlər.

Conflict.az