Tarix : 9-02-2017, 12:18 | Bölmə: yazar |
Zəlimxan MƏMMƏDLİ - İQTİDAR və BİZ – BORÇALI CƏMİYYƏTİ.... Təməldən davranış instinktləri -yuva qurmaq, bala vermək, onu yemləmək, qorumaq, həyata hazırlamaq canlılar üçün xarakterikdir. İnsan şüura malikdir və böyük yaradanın da yalnız ondan umacağı, gözləntiləri vardır.
İnsanın dünyaya gəldiyi məkan yuva, yurddur. Yurdların toplusu eldir,obadır. Yurd kutsallığı, oba müqəddəsliyi də inancla, Allaha tapınma ilə bağlıdır. Hətta bəzi türk boyları el-oba müqəddəsliyini müxtəlif rituallarla qeyd edir, Allaha bu məkan üçün dualar edilir.
Başqalarının varlığı, xoşbəxtliyi üçün fədakarlığın kökündə də ilahi güc durur. İslam dininin təməlində insanlıq, ədalət, başqalarının haqqı, ona sayğı, yardımlaşma, əl tutma, himayə etmə, dayaq durma kimi tələblər təsadüfi deyil. Şüur yetkinliyi olmayan cahillər isə, xaliqə gedən yolun xalqdan keçdiyi inancınıunudanlardır.
“Borçalı” İctimai Cəmiyyəti məhz, el təəssübkeşliyi, bölgədə barış və sülhün təhdidlə üz-üzə olduğu ərəfədə el-obaya, soydaşlarımıza dəstək düşüncəsi ilə yaradılmışdır. Azərbaycan Xalq Hərəkatı ilə boy verən “Borçalı”Mədəni Maarif təşkilatlı Abbas Abdullanın öndərliyində Azərbaycan milli hərəkatının gücünü Borçalı məsələsinə səfərbər edə, Kremlin hazırladığı etnik zəmində təxribatların iflasa uğramasında mühüm rol oynaya bildi. 1990-cı ilin sentyabr ayında Qardabani rayonunun mədəniyyət mərkəzində mənim və rəhmətlik Mərdan Dilənçiyevin təşkilatçılığı ilə “Borçalı” təşkilatının sədri Abbas Abdullanın da qatıldığı Azərbaycan və Gürcüstanın Xalq Cəbhələri və digər milli təşkilat rəhbərlərinin iştirakı ilə 600 nəfərlik zalda təşkil edilən açıq görüşügürcü cəmiyyəti ilə münasibətlərin qurulmasında mühüm dönüş nöqtəsi oldu, sağlam əməkdaşlığın qurulmasında mühüm rol oynadı. Burada məkr, hiylə, mafiya barmağı yox, el, millət, onun ruhu var idi. Uğurun təməlində isə məhz bu amil dururdu. Bu gün Borçalı Cəmiyyəti təməl olaraq o zaman qoyulan prinsiplərə söykənir.
“Borçalı” İctimai Cəmiyyətinin 1993-2009-cu illəri siyasətə meyllənmə, daxili qovğalarla yadda qaldı. Nəticə etibarı ilə təşkilat fəaliyyətsiz oldu. 2009-cu il aprel ayının 12-də bir qrup gənclərin və ziyalıların təşəbbüsü ilə bərpa konfransı keçirildi. Yeni dönəm başladı.
Ən qısa zamanda fəaliyyət prinsiplərimiz, yaxın və uzaq hədəflərimizlə bağlı proqram sənədləri hazırlayaraq Azərbaycan və Gürcüstanın müvafiq hakimiyyət orqanlarına təqdim olundu, aktiv təmaslara başladıq. Hazırladığımız layihələr, o cümlədən,Elat bayramı əksər qurumlar tərəfindən müsbət qarşılandı. Rəsmilərlə görüşlərimizdə ilk olaraq firqəüstü düşüncə ilə bütün siyasi qüvvələrin imkanlarından bəhrələnəcəyimizi, səylərimizi milli məsələdə səfərbər edəcəyimizi, heç bir siyasi qüvvənin əlavəsi olmayacağımızı, Azərbaycan və Gürcüstanın milli maraqlarının uzlaşmasına çalışacağımızı, heç bir şübhəli maliyyə, siyasi, dini təmayüllə əlaqədə olmayacağımızı, Gürcüstanın ərazi bütövlüyü çərçivəsində soydaşlarımızın vətəndaş hüquqlarının təmini və bir sıra süni yaradılmış problemlərin həllində israrlı olacağımızı onların nəzərinə çatdırmışam.
Azərbaycandakı siyasi sistemin naqislikləri cəmiyyətdə qütbləşməni dərinləşdirməkdə idi. Hər kəs ümumilli problemlərdə müxalifət-iqtidar ayrımçılığı olmamasından danışsa da, bu istiqamətdə addım atan yox idi. Bu cəsarəti 2010-cu il ilin 26 may tarixində Tbilisidə təşkil etdiyimiz bayram yürüşü ərəfəsində etdim.Aksiyamızın başlayacağı,Tbilisidəki Meydan deyilən ərazidə Heydər Əliyevin büstünün üstünə cəmiyyət adından əklil qoyduq. Borçalı probleminin ümummilli mahiyət daşıması bu addımımızı zəruri edirdi.Təbii olaraq üzəriməəqidədaşlarım tərəfindən hücumlar oldu. KXCP Ali Məclisi sədrliyi postunu da bu yola qurban verə bildim. Zamanın ən böyük hakim olduğu inancıma arxayın olaraq bilirdim ki, nə satılan, nə də əyilən deyiləm. Bu gün bu məsələdə doğru olduğumu təsdiqləyən isə əksəriyyətdir.
2009-2016-cı illər böyük yol qət edildi.Elimizin nəfinə etdiyimiz jestlərin əvəzində iqtidarın davranışının necə olacağı maraqlı idi. İqtidar-müxalifət münasibətlərində etmad ideyasının müəlliflərindən biri kimi bu ideyanın Borçalı məsələsində həyata vəsiqə qazanacağı təqdirdə bunun dövlətçiliyimiz üçün vacib olan siyasi qütblər arasında etimadsız zolağının aradan qaldırılmasına şərait yaradacağına inanırdım.
2009-cu ilin 26 iyul tarixndə Borçalı Türklərinin Elat Mədəniyyət Günü – Elat bayramı möhtəşəmliyi ilə öz möhürünü vurdu. 10 minə yaxın soydaşımız, ziyalılar, media qarşısında əsas mesajlarımızı məhz bu el tədbirində bəyan etdik: -“Borçalı”İctimai Cəmiyyəti etnik separatçılığı rədd edir,Gürcüstanın bütövlüyü və xalqlarımızın dostluğu və dövlətlərimizin strateji tərəfdaşlığına dəstək bizim ümdə vəzifəmizdir. Borçalı İctimai Cəmiyyəti soydaşlarımızın problemlərini siyasiləşdirməyə, iki xalq arasında etimadsızlıq toxumu səpməyə çalışanlara qarşıdır,Cənubi Qafqazın təhlükəsizliyinin təmini üçün Azərbaycan, Gürcüstan və Türkiyənin strateji və gələcəkdə hərbi müttəfiqliyinə, demokratik islahatlara, Gürcü cəmiyyəti ilə qarşılıqlı inteqrasiya prosesinə, gürcü dilinin öyrənilməsinə dəstək verir.”
Təəssüf ki, niyyətimizin və əməlimizin saflığına baxmayaraq iqtidardan gözləntilərimiz özünü doğrultmadı.
Uğurumuzun ilk günündənsosial şəbəkələrin və nəzarətlərində olan qəzet və saytların bəzəyi olanbir qrup Gürcüstan kökənli soydaşımız tərəfindən təqiblər, tərhdidlər, təhqirlərlə üz-üzəyik.Bir dəfə də olsa tədbirlərimizdə, hətta Elat bayramı kimi möhtəşəm bayramında iştirak etməmələri bir yana, əksər tədbirlərimizi gözdən salmaq üçün ən aşağı səviyyəli davranışlara əl atdılar. Azərbaycanın nəzarətindəfəaliyyətdə olan “milli” təşkilatları tədbirlərimizi baykot etmək qədər riyakar qərarlar verməkdən belə çəkinmədilər.Təbii ki, bu dərəcədə eybəcərliyi, milli məsələyə bu dərəcədəanormalyanaşmanı heç təsəvvür belə etmirdim. Birinci Elatdan dönən kimi qəfil zərbəni içərimizə yeridilmiş zehniyyətdən aldıq. Zaman da sübut etdi ki, bu şəbəkə eyni mərkəzdən- hakimiyyətin içərisindən idarə olunur və destruktivdir. Axı biz hakimiyyətə problem yaratmadıq, milli və dövlət maraqlarımızı hər an uca tutduq. Belə olduğu halda hakimiyyətin sağlam olmayan yanaşması avantura deyil, bəs nədir? Bəs bu davranışın səbəbi nədir?
İlk öncə düşünürəm ki, hakimiyyətin milli maraqlardan daha çox qrup maraqları əsasında formalaşması ilə bağlıdır.
Hakimiyyət cəmiyyətdə etimad mühitinin yaranmasında maraqlı deyildir.
Hakimiyyətin milli məsələlərə yönəlik siyasi konsepsiyasının natamamlığı. Bizim təqdim etdiyimiz Gürcüstan-Azərbaycan-Türkiyə dostluq platformu və regional təhlükəsizliyə yönəlik təşəbbüslərimiz bunların maraqlarına uyğun görünmür. Ermənistanın pozucu mövqeyi bəllidir və bunun arxasında Kremlin durması da sirr deyildir. Rusiya və İran eyni zamanda Azərbaycan-Gürcüstan-Türkiyə üçlüyünün güc mərkəzinə, strateji tərəfdaşa və gələcəkdə hərbi müttəfiqə çevrilməsində maraqlı deyillər. Borçalı İctimai Cəmiyyətinin həyata keçirdiyi,xalqlarımızın və dövlətlərimizin dostluğuna yönəlik layihələr, konkret birləşdirici bir müxanizmə çevrilmiş Elat bayramı bu destruktiv mərkəzlərin maraqlarına uyğun görünmür. Bölgədə konflikt mühitinin qalması onlarınmaraqlarını təmin edir. Hakimiyyət isə balans siyasəti adı ilə bu reallıqla razılaşmalı olur.
Hakimiyyət milli problemlərin həll olunmasında səlahiyyət sahibi kimi davranmır. Burada Dağlıq Qarabağ məsələsinə münasibət əyani nümunələrdən biridir. Hakimiyyət Qarabağ probleminin həllində israrlı olsaydı, ilkin şərt olaraq cəmiyyətin bütövləşməsi, Qarabağ və digər milli məsələlərdə firqəüstü düşüncə ilə bütün milli resurslarımızın bir araya gəlməsinə, onların imkanlarından bəhrələnməyə üstünlük verərdi. Hakimiyyət isə milli müqaviməti və milli qüvvələri tam sıradan çıxartmaq üçün bütün imkanlardan istifadə etməkdədir.
Korrupsiyanın tüğyan eləməsi. Düşüncəmizə görə hakimiyyət təbiiehtiyatlarımillətin tərəqqisinə yönəltməli idi. Neft fundamental, müasir texnologiyalara əsaslanan iqtisadiyyatın inkişafına, elm və təhsilin modernləşməsi və elmin mütərəqqi Avropa ilə ayaqlaşmasına, əhalinin sosial rifah halının yaxşılaşmasına, həyatın bütün sahələrində Avropa standartlarına cavab verən islahatların həyata keçirilməsinə xərclənməli idi. Eyni zamanda, həmin vəsait Gürcüstanda, xüsusilə Borçalı zonasına investisiya kimi daxil olmalı, yeni zavod, fabrik və digər infrastrukturların yaranmasına sərf olunmalı, fitri istedadlı gənclərin dünyanın məşhur universitetlərində təhsil almalarına, onların inkişafına yönəlməli idi. Təəssüf ki, bu sahədə nikbin fikir söyləmək mümkün deyil. Korrupsiyanın nəticəsi olaraq Azərbaycan dünya reytinq cədvəllərində mənfiliklərə görə ön cərgədə, Avropa standartlı həyat səviyyəsinə görə isə axırıncı yerlərdə qərar turur. Bu isədövlətimizin, millətimizin hörmətinin qalxmasına, himayədarlarımızın çoxalmasına müsbət təsir edə bilməz.
Hakimiyyətin bəzi strukturlarında kriminallaşma mövcud olmuşdur. Daxili İşlər Nazirliyində Hacı Məmmədov, MTN-də nazir başda olmaqla Akif Çovdarov faktoru məncə sübut üçün kifayətdir.
Hakimiyyət milli-ideoloji düşüncə fərqliliyinə düşmənçilik edir. Şəxsimin mənsub olduğu Xalq Hərəkatı, AXC, Rəsulzadə və Elçibəy yolu bunlar üçün patoloji nifrət mənbəyidir. Belə olmasaydı fikrimcə ən azından,M.Ə. Rəsulzadənin adı ən yüksək zirvədə tutulmalı, Azadlıq meydanında onun möhtəşəm abidəsi ucaldılmalı, BDU-nun üzərindən adı götürülməməli idi. Bunlar əqidə insanlarını sındırmaqdan zövq almaq istəyirlər. Anlatdıq ki, YOLda olan əyilməzlər!
Borçalı türklərinin problemlərinin həll olunmasında maraqlı deyillər. “Borçalı” Cəmiyyəti haqlı olaraq “Soydaşlar haqqında qanun” qəbul edilməsini, Borçalı türkləri də daxil dünyaya səpələnmiş soydaşlarımızın bu imkandan bəhrələnməsini, soydaşlarımızın istehsal etdiyi məhsulların Azərbaycan bazarlarına maneəsiz daxil olmasına şəraitin yaradılmasını, əmək bazarının soydaşımızın üzünə açıq saxlanılmasını, Borçalıda fabrik və zavodların tikilməsini, Rustavidə elmi bazalı Azərbaycan-Gürcüstan ortaq dövlət Universiteti layihəsinin həyata keçirilməsini, sərhəd-keçid məntəqələrində baş verən dərəbəyliklərin aradan qaldırılmasını, Azərbaycanda təhsil alan və geri dönmək niyyətini bildirən soydaş tələbələrəxüsusi güzəştli proqramın reallaşmasını, məktəblərdə milli kadr çatlışmazlığı problemini çözmələrini və s. problemlərin həlli üçün gərəkənləri arzulayır və hakimiyyətdən tələb edir. Tələblərimiz rasionaldır və həlli mümkündür. Soydaşıma verilən dəstək, Gürcüstana verilən dost dəstəyidir. Təəssüf ki, hakimiyyət bu məsələdə passivdir.
Gürcüstanın indiki iqtidarının obyektiv olmayan münasibəti də burada rol oynamaqdadır. Saakaşvili iqtidarı islahatlarda milli azlıqların azadlığını, vətəndaş hüquqlarının geniş təminini, icmalaşmalarını səmimi olaraq qəbul edir və bu istiqamətdə cəsarətli addımlar ata bilirdi. Elat bayramının həyata vəsiqə qazanması buna bir nümunədir. İndiki iqtidar isə sovetlər birliyi dönəminin milli siyasət konsepsiyasına önəm verdi. Elat bayramına münasibət, şəxsimə qarşı qara piarlıq, hətta, bizi nifrət etdiyimiz separatçılıqda günahlandırmaq, Gürcüstana, doğma yurduma giriş yasağı tətbiqinin, Elat bayramının yasaqlanmasına qədər mürtəce siyasət göz önündədir.
 Dövlət strukturlarında yer alan soydaş məmurlarımızın bu məsələdə eqoist və lal davranışları da şübhəsiz ki, rol oynamaqdadır. Bu gün üzərimizə qısqırdılanlarınonların bəziləri tərəfindən idarə olunmaları haqqında söhbətlər dolaşmaqdadır.
Hüququn ali olmaması. Təəssüf ki, Azərbaycanda hüquq və hüquq sistemi vətəndaşın güvənli yaşayışının qarantı ola bilmir. Borçalı İctimai Cəmiyyətin Zəlimxan Məmmədlini durdurmaq üçün ən sonda məsuliyyət hissini itirmiş, dövlətçilik duyğularından məhrum məmurlar və şəxsiyyətini ucuz şöhrətə qurban verənlər birlikdə hüququn üzərinə yeridilər. Aşağıladılar,şərlədilər, yalan dedilər, yalan yazdılar. “Borçalı” İctimai Cəmiyyəti ədəb-ərkanla öz növbəti 8-ci konfransını 28 may 2016-cı il tarixində yüksək səviyyədə səviyyədə keçdiyinə və sənədlərin Ədliyyə Nazirliyinə təqdim olunmasına baxmayaraq, 25 iyun 2016 tarixində əksəriyyətinin Borçalı İctimai Cəmiyyəti ilə hüquqi formada bağlılığı olmayan insanlar hakimiyyətin himayəsi, konkret halda eloğlu məmurun birbaşa himayəsi altında müəmmalı toplantı keçirmiş və fəaliyyətdə olan strukturlar olduğu halda, Ədliyyə nazirliyi onları hüquqi tərəf kimi tanımışdır. Etiraf edirəm ki, bu dərəcədə qanunun üzünə tüpürüldüyünü, onun ayaqlar altına alındığını görməmişdim, heç təsəvvür də edə bilməzdim. Nəticədə cinayətə bərabər saxtakarlıq baş vermişdir. Azərbaycanda hüquqi perspektiv olmamasına baxmayaraq, bu istiqamətdə mübarizəni sona qədər aparmaq niyyətindəyik.
Nə etməli? Bəlli oldu ki, bizi doğru yoldan durdurmaq istəyirlər. Borçalı adını, millətin qürurunu, soydaşlarımızın duyğularını, varlığını istismar edənlər bizimlə bir yolda ola bilməzlər, onlar layiq olduqları yolu seçiblər. 25 dekabr 2016-cı il tarixində keçirilən, ənənəvi Gürcüstan Türklərinin Həmrəylik günü tədbirində açıq müraciəti, ağayanalığı bizlər etdik. Dedik ki, elin adına bu tarixi ləkəni vurdunuz. Amma gedin, bacarırsınızsa, qabiliyyətiniz çatırsa el üçün, oba üçün, millətimiz üçün faydalı işlər görün. Amma qarşımıza çıxmayın, mane olmayın. Biz ad kölgəsinə, istismarçı zehniyyətin kölgəsinə sığına bilmərik. Bizim sığındığımız el gücü, milli ruh və böyük yaradan Allahdır. Biz sözümüzün üstündə dururuq. Zaman ən böyük hakimdir, həqiqəti də, ona asilik edənləri də aşkar edəcək.
Yola davam. Cənab məmurlar və onları qulları. Siz hərqanunsuzluğu edə bilərsiniz. Amma İnsan dediyimiz böyük varlığı, əqidəni, ilahi inamı sındıra, durdura bilməzsiniz. Sizin məmurlardan biri ilə söhbətimizdə Elat bayramında 10 min adam iştirak etdiyindən təəccüblənərək nə qədər pul xərclədiyimizi soruşdu. Dedim- siz təcrübəlisiniz, nə qədər ehtimal edirsiniz?, Ehtimalını dedi- adambaşına 100 manat, hesablasaq 10 mini vur 100-ə! Bir az duruxdum, bildirdim ki, bizim hesab maşını pul saya bilmir, ruhları saya bilir. Elat tədbirində 10 min təmiz ruh var idi. Siz hərakatçılar başqa təbəqəsiniz, dedi. Bəli, cənab iqtidar mənsubları, bizlər başqa təbəqə insanlarıq. Biz şərəfli türk millətinin saf ruhlu nümayəndələriyik. Şəhidlərimizin qanı, qazilərimizin canı, millətimizin ruhu hesabına qurduğumuz Azərbaycanımızı, ulu elimizi, Gürcüstanımızı sizin təfəkkürlə idarə etmək olmaz. Biz sizin dəyərlərə aşiq ola bilmərik. Bizim sevgimiz millətimizə, onun ayaq basdığı kutsal yurdlarımızadır... dle 10.1
(Reytinq:1)

"Conflict.Az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla