İntiqam SOLTAN - Diktator olun...

yazar

284

İntiqam SOLTAN - Diktator olun... Gәnclәr günü gәlir! Bu tarixi müraciәt deyil! Heç olmasını da istәmirәm! Bu tarixә yazılmaq üçün deyilәn fikirlәr deyil! Heç tarixә süni şәkildә soxulmaq da istәmirәm! Bu sizi sevәn, sizdәn daha tәcrübәli "yaşıdınızın" Sizә müraciәtidir!

Sevin!
Özünüzdәn başlayıb qarşınıza çıxan hәr şeyә qarşı sevgi göstәrin!
Sevgi bir enerjidir ki, çox müşküllәri mümkünә çevirir!
Sevin millәtinizi!
Milli, mәnәvi dәyәrlәrә arxalana bilmәyәn gәncin sabahı qaranlıqdır.
Milliliyini itirәn dünyәviliyini tapa bilmәz!
Diktator olun,- özünüzә qarşı diktator olun!
Әtrafınızda demokratiyanın düşmәnlәrinә qarşı diktator olun!
Demokratiyanın mövcudluğunu görüncә özünüzә qarşı diktaturadan әl çәkmәyin ki, demokratiya yolundan sapınmayasınız!
Azad olun, istәdiyiniz kimi yaşamağı bacarın,- әtrafdakılara mane olmadan!
Yaltaq olmayın vә yaltaqlara arxalanmayın!
Xәyanәt etmәyin vә xәyanәt edәnlәri bağışlamayın!
Mәdәniyyәti öyrәnin!
Milli mәdәniyyәti, siyasi mәdәniyyәti, iqtisadi, ictimai, sosial sferalarda mәdәniyyәtә sahib olun!
Cәmiyyәtә vә tәbiәtә qarşı sayqılı olun!
Fizika, mәntiq, siyasәt elmlәrini, davranış qaydalarını öyrәnin ki, sәhvlәriniz tәkrarsız olsun!
Milyonlardan seçilmәk mәqsәdiniz olsun!
Yaşadığınız tarıxә boylanarkәn izinizin görünmәsi üçün iki şәrt var:
— Birincisi, әvvәlcәdәn iz qoymaq lazımdı!
— İkincisi, o izlәri görә bilmәyiniz üçün yüksәlmәk lazımdı!
Bütün sahәlәrdә nәfsinizә güc gәlmәyi bacarın!
Heç nәyin fanatı olmayın!
Gәnclәr gününüz mübarәk!
Gəncliyiniz mübarәk!


Conflict.az