İntiqam SOLTAN - SİYASİ GEDİŞ

yazar

1 725

İntiqam SOLTAN - SİYASİ GEDİŞ (felyeton - hekayə)

(ixtisarla)

Elə dövlətlər var ki, konstitusiyalarında on illərlə, əsrlərlə heç bir dəyişiklik olmur. Səbəb isə yalnız budur ki, o ölkənin, o dövlətin arazisində yaşayan xalqlarda heç bir inkişaf getmir. Getsə vallah dəyişəllər.
Mən bunu bir peşəkar siyasətçi kimi deyirəm ha. İnanın səmimiyyətimə. İnkişaf getmədiyindən səviyyələri və savadları çatmır köhnə, it iyi verən Konstitusiyanı yenisi ilə əvəz eləsinlər. A kişilər, axı həyat durmadan inkişaf edir. Bax, məsələn, biz Konstitusiyada sonuncu dəfə dəyişiklik edəndə nə feysbuk var idi, nə vhatshap, nə də tvitter...
Hələ bu inkişafın bir hissəsidi ha, qulluğunuza ərz edirəm. Heç o zaman İŞİD (bisavadlar üçün açıqlayıram; İraq Şam İslam Dövləti) yox idi.
Əlqərəz, sözüm onda yox, on birdədir... (haha, zarafat elədim). (Qulluğunuza ərz eləyim ki, mən hərtərəfli, hətta yumor hissi olan siyasətçiyəm)
Bir qonşum varidi. Lap gəncliyimizdən bir-birimizi tanıyırıq. Adı da Muradverdi idi. İnanın həzrət Abbasa, oğraşın hətta adından o qədər zəhləm gedir ki, sona qədər adını çəkməyəcəm. Uzaq başı bir dəfə, vəssalam.) Dədəsi köpəyoğlu yaxşı pullu adam idi. Soveti yeyib, dağıdanlardan idi. Kəndimizin ən səfalı yerində mənə qanuni pay torpağı kimi verilmiş yerimi zəbt elədi. Özünə bir villa tikdirdi ki, gəl görəsən.
Qeyd: Village (yəni villa) o bisavadlar ingilislərdi kənddə tikilən toyuq hininə də villa deyirlər ha. Mən milli villagedən deyirəm sizə. Heç filankəsin o cür villası yoxdu. (Obamanı nəzərdə tuturam)
Qardaş milyonlarla pul tökdüm, yenə xeyri olmadı. Halalca torpağımı ələ gətirə bilmədim. Odur ki, əlbəəlcə qoşuldum siyasətə. Evləndim. Qızım doğuldu. Siyasətimdə yeni düzəlilər etməli oldum. (konstitusiyamızdakı kimi). Partiyamızda bir falçı vardı. Ali məclisin üzvü seçmişdilər. Bəlkə də falının gücü sayəsində özü seçilmişdi. Onunla söhbəti düzdüm, qoşdum. Qızımı verdim qonşum, qurumsaq Muradverdinin oğluna.
Qızım, gözünədöndüyüm 21 - ci gün Muradverdi bəyi arvadı ilə birlikdə evlərindən çıxmağa müvəffəq oldu. Anasının balasıdı axı. Dədəsi də peşəkar, səviyyəli, səyyar fəaliyyət göstərən siyasətçi.
İndi qardaş, mən öz əyalımla mənim üçün qanuni şəkildə nəzərdə tutulan torpaq sahəsinin şimaı-şərqində tikilmiş topdağıtmaz villagedə ömür sürürəm... Qulluqçumuz da var. Onu da saxlayıram. Hərdən düşürəm aşağı, girirəm gərdəninə, qalxıram arvadın yanına. Çox şükür Allahın böyüklüyünə, bəs eləyir...
(Amma heç bilmədim niyə əvvəl başdan konstitusiya söhbətindən başladım. Əşi boş verin...)

Conflict.az