Ad günündə gərgin anlar: Xatunla Fatimə üz-üzə gəldi - Video

Şou

148

Ad günündə gərgin anlar: Xatunla Fatimə üz-üzə gəldi - VideoÖtən gün müğənni Elton Hüseynəliyevin prodüser həyat yoldaşı Tamilla Hüseynəliyevanın doğum günü baş tutub.

Axşam.az xəbər verir ki, tədbirə küsülü məşhurlar Xatun Əliyeva, Fatimə Fətəliyeva və Nazilə Səfərli də qatılıb.

Səhifəsində doğum günündən video paylaşan Xatun Fatiməyə söz atıb.

Belə ki, kadrlarda meneceri Pənah Eldar Xatuna “Dediyimiz mərdimazar deyəsən gəlir, nəsə iyi gəlir” deyə, müraciət edib. Xatun isə burnunu tutaraq “Hə, amma kimsə kefimi poza bilməz” deyə, ona cavab verib.
Öz növbəsində Fatimə isə İnstaqram “Story” də əlində rəqqasə Renkanın ilanı olan videonu paylaşaraq “İnsan ilanlardan qorxun, belələrindən yox” şərhini yazıb.

Qeyd edək ki, məşhurlar arasındakı küsülülük bir neçə aydır davam edir, onların bu qalmaqalı məhkəməyədək gedib çıxıb.