"Arxaya bax, bir ömür ötdü" - Vüsalə səssizliyini pozdu

Şou

148

"Arxaya bax, bir ömür ötdü" - Vüsalə səssizliyini pozduAparıcı Vüsalə Əlizadə paylaşımı ilə diqqət çəkib.


Axşam.az xəbər verir ki, Miri Yusifin "Dostum" mahnısının sədaları altında zümzümə etdiyi videonu İnstaqram səhifəsində yerləşdirən aparıcı keçmişin onun üçün geridə qaldığını, həyatın isə davam etdiyini qeyd edib:

"Çox sevdiyim mahnını sizinlə də paylaşmaq istədim. Mənim üçün ən təsirli söz isə "Arxaya bax, bir ömür ötdü". Əlimizdə olmadan hər birimiz bunu yaşayırıq, həyatın qanunu budur, həyat gözəldir, yaşamaq, yaratmaq, sevmək, sevilmək gözəldir".

Xatırladaq ki, iki gün öncə Vüsalənin keçmiş əri, aparıcı Azər Zahid də keçmişi ilə bağlı hesabında şərh yazmışdı. O, Əlizadə ilə yalnız övladına görə əlaqə saxladığını bildirmişdi:

"Ay insanlar, anlayın ki, o insanın öz həyatı, mənim öz həyatım. Bizi bir-birimizə salam-sağ ol etməyə məcbur edən övladımızdır. O ki qaldı keçmişə, onu basdırmışam, mənə təzə həyat maraqlıdır. Qısqandırırsan, nə bilim, acıq verirsən, mənə maraqlı deyil o və ya qeyrisi. Mənə maraqlı olan mənə maraqlıdır, onu da bəzi düşüncəsizlərdən məsləhət almıram. Bir sözlə, elə etməyin ki, mən nəsə onun haqda yazım, sabah isə desin mənim adımdan reklam edirsən. Əl çəkin, mənə maraqlı deyil O və ya nə. Öpürəm. Vüsalə adını mənim səhifəmdə yazan izləyicini bloka atacam. Əl çəkin də, bala. Lazımdır sizə, onun səhifəsində yazın, mənim haqqımda da yazmayın".
Məlumat üçün bildirək ki, Azər və Vüsalə cütlüyü 2013-cü ildə ayrılıb. Onlar qalmaqallı şəkildə boşanmışdılar. Cütlüyün Dilək adlı bir qız övladı var. Azər 2016-cı ildə ikinci dəfə ailə qurub və bu nikahı da uğursuz olub.