Elçinin yeni serialının adı bəlli oldu

Şou

276

Elçinin yeni serialının adı bəlli olduSonuncu dəfə aktyor Barış Arduçla baş rolda oynadığı “Kiralık Aşk” serialı ilə şöhrətinə şöhrət qatan aktrisa Elçin Sanqu yeni ekran işi ilə tamaşaçı qarşısına çıxamağa hazırlaşır.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktrisa bu dəfə “Atv”də yayımlanacaq “Can kırıkları” serialı ilə izləyicilərlə görüşəcək.

Serialın yayda çəkilişlərinin başlanacağı bildirilir.

Qeyd edək ki, karyerası boyunca Elçin “Öyle bir geçer zaman ki”, “Aşk kaç beden giyer”, “Bir aşk hikayesi”, “Kurt Seyit ve Şura, “Sevdam Alabora” kimi ekran işlərində rol alıb.

Sanqu eyni zamanda son olaraq Barış Arduçla “Mutluluk zamanı” filmində baş rolları paylaşıb