Himni oturuqlu oxuyan Talıb Tale tənqid edildi

Şou

198

Himni oturuqlu oxuyan Talıb Tale tənqid edildiMüğənni Talıb Talenin sosial şəbəkədə paylaşdığı video səs-küyə səbəb olub.

Axşam.az-ın məlumatına görə, sənətçi Azərbaycan Dövlət himninin səsləndiriyi görüntünü İnstaqram səhifəsində yerləşdirib.

Talıbın himni oxuyarkən ayağa qalxmaması diqqətdən qaçmayıb. Onun himnimizi oturuqlu halda oxuması tənqid edilib. Sosial şəbəkə istifadəçiləri Talıba “Himni oxuyanda ayağa qalxmaq lazımdır” kimi şərhlər yazıblar.