Nurlan Təhməzli “Gələcəm” dedi

Şou

228

Nurlan Təhməzli “Gələcəm” dediGənc bəstəkar , müğənni Nurlan Təhməzli "Gələcəm” adlı yeni mahnısını təqdim edib. Belə ki, sözləri Tural Toğrula, musiqisi Nurlana məxsus olan mahnı sosial şəbəkələrdə böyük marağa səbəb olub.

Bu gün şou nümayəndələrinin demək olar ki, əksəriyyəti məhz Nurlanın bəstələrinə müraciət edir. Belə olan halda bəstəkar bəstələrinə öz ifasında can verməyə qərar verib. Bu səbəbdəndir ki, ifaçılığa bir müddət ara fasilə verən bəstəkar indi yenidən fəaliyyət başlayıb.

Nurlan Təhməzli "Kaspi.az” açıqlamasında davamlı olaraq mahnılar ifa edəcəyini bildirdi: "Bundan sonra mənim ifamda maraqlı hitlərin şahidi olacaqsınız. Yeni mahnılarımla zamanın nəbzini tutmağa çalışacam”.


Mahnını bu linkdən dinləyə bilərsiniz: