"Mənim də, həyat yoldaşımın da vəziyyəti yaxşıdır"

Şou

747

"Mənim də, həyat yoldaşımın da vəziyyəti yaxşıdır"Xəbər verdiyimiz kimi, müğənni Elton Hüseynəliyev ötən gün avtomobil qəzası keçirib.

Axşam.az-ın məlumatına görə, sənətçi maşında həyat yoldaşı Tamilla Hüseynəliyeva ilə birlikdə olub.

Elton bildirib ki, hər ikisinin səhhəti yaxşıdır:

“Heç bir ciddi problem yoxdur. Mənim də, həyat yoldaşımın da vəziyyəti yaxşıdır. Hamı zəng vurub soruşur, buradan hamıya demək istəyirəm ki, narahat olmasınlar”.
"Mənim də, həyat yoldaşımın da vəziyyəti yaxşıdır"
Qeyd edək ki, sənətçinin idarə etdiyi 90 DD 044 dövlət nömrə nişanlı, "İnfiniti" markalı avtomobillə Səbail rayon yol-patrul xidmətinin 99 YP 253 dövlət nömrə nişanlı xidməti maşınına çırpılıb.