"Maşın şou" başladı - Bu da iştirakçılar

Şou

167

"Maşın şou" başladı - Bu da iştirakçılar“M Group Production”ın təşkilatçılığı ilə “Maşın Şou”nun 16-cı mövsümü start götürüb.

Axşam.az xəbər verir ki, ATV-də efirə gedən şouya 18 məşhur sima qatılıb. Onlardan bəziləri ötən verilişlərdən təcrübəli olsa da, digərləri proqramda ilk dəfə çıxış edir.

Əməkdar artist Murad Dadaşovun aparıcısı olduğu şounun budəfəki mövsümü "Xanımlar və cənablar 2" adlanır. Veriliş hər axşam saat 22:00-da yayımlanacaq. Qalibə bahalı avtomobil təqdim olunacaq.

Yarışın iştirakçıları aşağıda adları qeyd olunanlardır:

Aparıcılar Mətanət Əliverdiyeva, Günel Hümmətova, Azər Axşam, Fira Cəlilova, İlhamə Bədəlova, aktyor-müğənni Cavid Novruz, meyxanaçı Ələkbər Quliyev, blogger Hüseyn Əzizoğlu, əməkdar artistlər Abbas Bağırov, Rühəngiz Musəvi, müğənni Roza Zərgərli, Əli Mirəliyev, Rahidə Baxışova, reper Qurd, Uran, aktrisa Pərvin Abıyeva.

Qeyd edək ki, şounun açılışını aparıcı Vüsalə Əlizadə edib.