Röya və Aygünün yeni rəqabəti - VİDEO

Şou / Video

54

Röya və Aygünün yeni rəqabəti - VİDEOBu gün Xalq artisti Aygün Kazımova və Əməkdar artist Röya Ayxan yeni kliplərini təqdim edib

Kazımovanın Raufla birgə duet şəklində səsləndirdiyi “Yaraşdın mənə” adlı mahnı maraqlı sözləri ilə diqqət çəkir.

Röya Ayxan isə “Yıldız Tilbenin yıldızlı şarkıları” adlı albomdan olan “Ummadığım anda” mahnısını Heydər Əliyev Mərkəzi və digər studiyalarda klip halına gətirib.
Məlumat üçün bildirək ki, Heydər Əliyev Mərkəzində qeyri-rəsmi çəkilişlərə icazə verilmirdi. Ayxanın orada klip çəkdirməsinə icazə verilməsi sosial şəbəkə istifadəçilərinin diqqətini çəkib.

Əməkdar artistin klipi bu gün Türkiyə mediasında işıqlandırılıb və klip kanallarında nümayişinə başlanılıb.
Qeyd edək ki, iki küsülü ulduzun eyni gündə klip təqdim etməsi isə izləyicilərin diqqətindən yayınmayıb. Sosial şəbəkə istifadəçiləri onların arasındakı sənət rəqabətinin “qızışdığını” qeyd ediblər.(sonxeber.az)