“Superman”in qəhrəmanı öldü

Şou

183

“Superman”in qəhrəmanı öldü1970-1980-ci illərdə lentə alınan “Superman” filminin məşhur qəhrəmanı Marhot Kidder vəfat edib.

Axşam.az-ın məlumatına görə, 69 yaşlı kanadalı aktrisa mayın 13-də Livinqstonda yaşadığı evində dünyasını dəyişib. Onun ölümünün səbəbi hələ tam bəlli deyil.

Kidder “Superman” filmində baş qəhrəmanın sevgilisi rolu ilə məşhurlaşmışdı. O, ekran işində Lois Leyn obrazını canlandırırdı.
“Superman”in qəhrəmanı öldü
Qeyd edək ki, aktrisanın psixoloji problemləri olub. Üç dəfə ailəli olub. Üçüncü ərindən 1984-cü ildə boşanıb. Bir qız övladı var.