Xatirə İslam:”Ərim qadağa qoyanda şirin sözlə yola gətirirəm” – Müsahibə

Şou

104

Müğənni Xatirə İslam “Qafqazinfo”nun suallarını cavablandırıb:

– Yeni mövsümdə hansı yenilikləriniz olacaq?
– Yeni mövsümdə sözləri Qənirə Paşayeva, musiqisi Aynurə Adilqızına məxsus mahnım işıq üzü görəcək. Kliplər çəkdirəcəm. Konsert vermək haqda düşünürəm, amma gərək yaxşı təşkil olunsun. Həmkarlarım deyir ki, konsertdən gəlir əldə etmək olmur. Amma elə deyil. Az da olsa, konsertdən gəlir götürmək mümkündü”.

– Sosial şəbəkədə sizi tənqid və təhqir edənlərə qarğış etmişdiz. “Balamın xəstəliyi balanızın başına gəlsin” demişdiz. Bu fikirləriniz birmənalı qarşılanmadı.

– “İnstagram”da məni təhqir edənlərə, orada cavabını verirəm, bu haqda müsahibə vermirəm.

– Keçən dəfə çimərlik geyimində fotonuzu paylaşmışdız və tənqid hədəfinə çevrildiniz.

– Ümumiyyətlə, “İnstagram”da paylaşdıqlarım mənə aiddir. Hər insan məni sevə bilməz. Nə qədər yaxşı insan olsan da, səni sevməyən üçün pissən. Məni 300 min insan izləyir, onlara da orada cavab verirəm.

– Xatirə özünü zövqlü xanım hesab edir?
– Hazırda çəkimdən narazıyam. Ona görə istədiyim geyimləri geyinə bilmirəm. İnşallah, arıqlayandan sonra qəşəng, səhnəyə yaraşan geyimlər geyinəcəm. Xoşum gələn bədən formasını əldə edəndən sonra zövqlü geyimlərlə tamaşaçıların qarşısına çıxacam.

– Ötən həftə Aysun açıqlama vermişdi ki, ayda 60 min paltara pul xərcləyirəm və bu fikirlər müzakirələrə səbəb olmuşdu. Xatirə İslam ayda geyiminə nə qədər xərcləyir?
– Bir söz deyə bilmərəm, hər insanın öz fikri var. Əgər 60 min xərcləyirlərsə, deməli, belə lazımdır. Pul haqda danışmağı özümə yaraşdırmıram. Geyim alarkən qiymətinə fikir verirəm. Bahalı da, ucuz da geyimlərim var. Elə geyimim var ki, dəyəri çox ucuzdur. Amma onu elə sevirəm, mənə o qədər yaraşır ki, tez-tez geyinirəm.

– Hazırda xalq artistləri, sənətkarlar köhnə mahnılarını oxuyan müğənnilərə iradını bildirirlər. Xatirə belə bir halla qarşılaşıb?
– Heç bir sənətkar mənə iradını bildirməyib. Bu haqda heç nə danışa bilmərəm. Mənə deyərlər ki, sənə qarşı nə hörmətsizliyimizi görmüsən ki, danışırsan? Yəqin oxuya bilməyənlərə deyiblər, indi kimə baxırsansa, mahnı oxuyur. Ola bilər ki, sənətkar görür ki, not bilməyən mahnı oxuyur, yandığından deyir ki, oxumasın. Mənim mahnımı super oxuyan müğənniyə necə deyə bilərəm ki, oxuma? Gənc ifaçılar mahnılarımı toylarda oxuyanda hamı oynayır, bir qramda paxıllıq hissi keçirmirəm. Fəxr edirəm, əcəb edib oxuyurlar. Mən şou-biznesdəki qalmaqallara qarışmıram, həyat yoldaşım icazə vermir. Deyir ki, sənətinlə məşğul ol, nəyinə lazımdır?

– Həyat yoldaşınız başqa nələrə icazə vermir?
– Mən nə istəyirəmsə, deməli, onu etmək olar. Həyat yoldaşım mənim istəklərimə qadağa qoymur. Qadağa qoysa da, şirin sözlə yola gətirirəm və istədiklərimi həyata keçirirəm.