“Anamın bir dırnağını da hansısa oğlana dəyişmərəm”

Şou

64

“Anamın bir dırnağını da hansısa oğlana dəyişmərəm”Rəqsanə qızı barədə yayılan məlumatlara aydınlıq gətirdi

“Anamın bir dırnağını da hansısa oğlana dəyişmərəm”
Keçən həftə mətbuatda müğənni Rəqsanə İsmayılovanın qızı haqqında maraqlı xəbər yayılıb. Xəbərdə deyilirdi ki, Rəqsanə qızı Aysunu sevgilisindən gizlətmək məqsədi ilə Moskvaya aparıb. O həmçinin balaca qızı Yağmuru da Moskvada bağçaya qoyub. Bütün bunlara səbəb müğənninin qızını sevgilisindən ayırmaq və onu şou-biznesdə görmək arzusudur. Elə Rəqsanənin qızına təmtəraqlı ad günü qonaqlığı keçirməsi və bahalı hədiyyələr bağışlaması da Aysunun könlünü almaq məqsədi daşıyıb.
Anasının bu addımı sevgilisindən heç cür ayrılmaq istəməyən Aysun tərəfindən pis qarşılanıb. Hətta buna görə ana ilə bala arasında inciklik yaşandığı da deyilir.

AzNews.az-ın məlumatına görə, övladının adı hallanan məlumatdan qəzəblənən müğənninin mövqeyi sərt olub. O, KİV-ə açıqlama verməyi zəruri bilib: "Mən bunu reytinq xatirinə yayılan bir xəbər adlandırıram. Sənətçiyəm və cəmiyyətin marağını çəkdiyimdən, barəmdə yayılan hər hansı yazının mahiyyətindən, bəlkə də, bu qədər qəzəblənməzdim. Lakin xəbər həqiqəti əks etdirməyəndə lazımı tədbirimi görürəm. Mənim övladımın adının belə bir yazıda yalandan şişirdilməsi sərt açıqlama yaymağıma səbəb olub. Qəti şəkildə bildirirəm ki, heç kim övladlarımın adını həqiqətə söykənməyən yalançı məlumatda hallandırmaq ixtiyarı yoxdur. Onlar mənim mühafizəm altındadırlar. Ayaqlarına daş dəyməsini istəmirəm. Aysuna gəlincə, o, ailə quran yaşda deyil. Yaxın gələcəyini sırf karyerası üzərində qurub. Ailə qurmaq yaşına gələndə, mən kimlə məsləhət bilsəm, onunla da nikaha daxil olacaq. Bu, bizim ailə qərarımızdır. Aysunu Moskvaya karyerasını artırmaq məqsədi ilə gətirmişəm. Bunu mətbuatda dəfələrlə hallandırmışıq. Kiçik qızım Yağmuru da uşaq bağçasına yazdırdım. Anam yanımızdadır. O, hazırda şəkər xəstəliyinə görə, ayağında yaranan problemdən xəstəxanada müalicə alır".
R.İsmayılova bildirib ki, cəmiyyət arasında qızının müğənni olacağı xəbəri də onu narahat edir: "Bizə məxsus xəbərlərin şərhlərində oxuyuram ki, insanlar Aysunun müğənni kimi hədəfə alırlar. Qəti şəkildə bildirirəm ki, Aysun nə müğənni, nə aktrisa kimi görmürəm. Onu ümumiyyətlə, şou-biznes üçün hazırlamıram. Modelyer olacaq. O, bəzi sənətçilərə sevə-sevə geyimlər tikir, amma bu, onun şou-biznes adamı olduğu demək deyil".

Aysun da barəsində yayılan xəbərə mövqe bildirib: "Ana-bala nəinki bayram, ad günlərində, adi günlərdə belə hədiyyələr alırıq. Bu, bir-birimizə olan sevgidən irəli gəlir. Heç bir oğlanı anamın bir dırnağına dəyişmərəm. Anam bizə hayandır. Taleyimizi, karyeramızı düşünür. Pisi-yaxşıdan ayırmağımıza yardımçıdır. Yuxarıda mahiyyəti ürəkaçmayan belə bir xəbər ailəmizdə xoş qarşılanmadı. Mənim ailə quran yaşım deyil. Karyeramı düşünürəm. Bunu barəmdə qaranlıq düşünən insanlar bir sərt ismarış olsun deyə, bildirirəm".

Sonda R.İsmayılova sərt bəyanat verərək deyib ki, övladları haqqında dezinformasiya yayan hər bir şəxs, əlində sübutu olmadığı təqdirdə hüquqi yolla cəzalandırılacaq.