Jurnalistlər Xatirə İslam haqqında Modern.az saytına danışdılar

Şou

58

Jurnalistlər Xatirə İslam haqqında Modern.az saytına danışdılarŞou nümayəndələri, onların şəxsi həyatları, eləcə də şou-biznes aləmində baş verən hadisələr insanları hər zaman maraqlandırıb. Geniş kütlə tanınmıs insanların iş həyatından çox, onların şəxsi həyatı, günlük yaşantıları, həyat tərzi, xarakteri haqqında daha çox informasiya toplamağa çalısır. Bu mənada tanınmış isanlarla tez-tez kontaktda olan, müsahibələr alan, onların tədbirlərində istirak edən jurnalistlərin fikirləri xeyli maraqlıdır.

Modern.az saytı mədəniyyət yazarlarının tanınmış sənət adamlarını necə xarakterizə etməsi ilə bağlı layihəni davam etdirir.

Müğənnilər Röya, Rəqsanə, Nadir Qafarzadə, İlhamə Quliyeva və Tünzalə Ağayevanı xarakterizə edən yazarlar, indi də Xatirə İslam haqqında fikir söylədilər. Beləliklə, “Xatirə necə müğənnidir, necə insandır və jurnalistlərlə münasibəti necədir” sualına mədəniyyət yazarlarının cavabları...

“Xatirə bu janrda özünü tapmır ...”


Təranə Məhərrəmova - “Kaspi” qəzetinin əməkdaşı: “Xatirə İslam böyük bir muğam məktəbi kecib. Amma indi janrı üzrə mahnılar ifa etmir və mənə elə gəlir ki, bu onda yaxşı alınmır. Hesab edirəm ki, Xatirə bu sahədə özünü tapmır, bəlkə də müğam janrında ifa etsəydi, daha yaxşı olardı. Bir müğənni kimi Xatirənin ifa tərzini bəyənmirəm.

Heç vaxt münasibətdə olmadığım üçün insanlığı haqqında hec bir söz deyə bilmərəm. Efirdən gördüyüm qədərilə yaxşı təsir bağışlamır.

Cəhd etməmişəm ki, Xatirə ilə jurnalist kimi ünsiyyətdə olum, bu baxımdan jurnalistlərlə münasibəti necədi, hec bir söz deyə bilməyəcəm. Ümumiyyətlə Xatirə mənim maraq dairəmdə olan müğənnilər sırasına daxil deyil.

Düzü Xatirə xanımın jurnalistlər barədə neqativ fikirlərdən ibarət açıqlamasını eşitməmişəm. Onun səviyyəsi imkan verməz ki, Azərbaycan jurnalistlərinin səviyyəsi haqqında söz desin. Hətta deyərdim ki, onun özü mədəniyyətə dəxli omayan insandı”.

“Xatirə reklamı sevmir...”

Cavahir Səlimqızı – “Mərkəz” qəzetinin əməkdaşı: “Xatirənin üstündə adı var, İslam Rzayevin tələbəsidir. Xatirə bəstəkar və xalq mahnıları eyni zamanda muğam ifa edir. Opera və Balet Teatırında verdiyi sola konsert zamanı demək olar ki, zal dolu idi. Ümumilikdə ifaları pis deyil.

İnsan kimi çox səmimidi. İslam Rzayevin tələbəsi olduğunu da hər yerdə fəxrlə deyir. Hətta Xatirə bunu da gizlətmir ki, kimlərsə hansısa kişinin adı altında və ya sponsorun adı altında reklam olunur, o isə fəxr edir ki, İslam Rzayeyin adı altında reklam olunur. Xatirə özünə rəğbət qazandıran sənətcidi.

Müğənni var ki, onun haqqında yazı yazanda orda - burda, maqazin proqramlarında danışır, hətta məhkəmələrə qədər gedib çıxır. Amma Xatirədə bir xüsusiyyət var, onu hətta yersiz tənqid və təhqir etsələr də, o, hec vaxt jurnalistə qarşı hücüma kecməyib. Bu mənada Xatirə yumşaq xarakterə malikdi. Jurnalistlərə qarşı da səmimidi və reklamı sevmir. Xatirəni tənqid edəndə də, etməyəndə də jurnalistlərlə dostluq edir.

Xatirə jurnalistlər barədə mənfi fikir söyləsə, peşəkarları nəzərdə tutmaz. Hər bir sahədə peşəkar və qeyri-peşəkar söhbəti var. Xatirə qeyri-peşəkarları nəzərdə tutub və nəsə deyə bilər, bu mənada mən onu haqlı sayaram. Xatirə yaxşı bilir ki, sözü kimə atmaq lazımdır. Bəzi insanlar üçün ən asan yol müğənniliklə çörəkpulu qazanmaqdısa, bəzi insanlar da elə hesab edir ki, mədəniyyət müxbiri olub və qəzetlərdə işləyib çörəkpulu qazana bilər. Jurnalistika da təsadüfi insanlar çoxdur. Mədəniyyətdən yazan müxbirləri araşdırsaq, görərik ki, bəzilərinin hec jurnalistikadan xəbəri yoxdur. Çox az sayda jurnalist var ki, mən onları peşəkar sayıram”.

“Son zamanlar Xatirə çox dəyişib... ”

Elşad Ümid - “Reytinq” qəzetinin əməkdaşı: “Xatirənin şou-biznesə gəlməyi bir az qalmaqallarla müşahidə olundu. “İslam” təxəllüsünü götürməsi müəyyən söz-söhbətlər yaratmışdı, jurnalistlərlə də o vaxt problemləri olmuşdu. Bu işlərdə sırf Xatirə xanımı günahlandırmaq olmaz, çünki onun haqında ittihamlar səslənmişdi, bir növ onu qaralamağa çalışırdılar.

Ümumiyyətlə bu məsələlərdə Xatirə xanımın günahının olub-olmadığını deyə bilmərəm. Hesab edirəm ki, son vaxtlar Xatirə xanım istər davranışında , istər repertuarında müsbətə doğru çox dəyişib, bu sevindirici haldır. Ümumiyyətlə Xatirə özünü sübut etməyi bacarır. Düşünürəm ki, onun haqqında deyilənlərin çoxu şişirdilib.

Jurnalistlərlə münasibəti yaxşıdı, hətta jurnalistlərə xüsusi diqqət də göstərir. Milli mətbuat günündə iki dəfə ümümi jurnalistlər üçün süfrə açıb. Xatirə xanımla hansı jurnalistin əlaqəsi yoxdusa, bu həmin jurnalistn öz günahıdır.

Xatirə İslamın jurnalistlər barədə minfi söz deməsinə inanmıram. Əgər deyibsə də, konkret kimsə haqqında deyib, ola bilsin sonradan ümumiləşdiriblər. Jurnalistlərin səviyyəsini yazısından, müğənnilərin səviyyəsini isə efirdən görmək olar”.

“Dəli-dolu qızdı…”

Şahin Cavadsoy – “Trend” İnformasiya Agentliyinin əməkdaşı: “Xatiə İslamı peşəkar səhnəyə gəlmədən öncə tanımışam. Çox sakit bir xanım idi, həmişə səhnəyə gəlmək arzusanda olub. Elə oldu ki, şans üzünə güldü və arzularını reallaşdırdı. Artıq estrada ulduzları sırasında Xatirə İslamın da adı gəlir. Qısa müddət əzində özünəməxsus tərz yarada bildi. Azərbaycanın korifey sənətkarı İslam Rızayevin tələbəsi olaraq onun etimadını qazandı, İslam Rzayevin ona hədiyyə etdiyi qavalı da yadigar kimi saxlayır, müəlliminin adını özünə soyad kimi secib.

Xatirə dəli-dolu qızdı, bir an içində dava da edə bilər. Amma bu uzun zaman davam etməz, məncə ürəyi yumsaq insandı. Düzdü, bütün günü Xatirəni dinləmirəm, amma xoşum gəlir. “Ağlar yenə də...“ mahnısını bəyənirəm və dinləyirəm.

Xatirə İslam həmişə mediadan kənar gəzməyə çalışıb. Adı qalmaqallarda hallanan müğənnilərdən olsa da, fikir vermişəm, həmişə jurnalistlərlə məsafə saxlayır. Düzdü, mobil telefonuna özü çavab verir.

Mənə maraqlıdır ki, Xatirə İslamın yanında prodüsser görmürəm. Bilmirəm, bu sənəti çox sevdiyindən, yaxud işinə məsuliyyətli yanaşdığından irəli gəlir. Xatirə müğənni kimi bütün işlərini özü görür, telefonlarına da cavab verir, məncə toylarını da özü danışır.

Bir vaxtlar bizim də problemlərmiz olub, görüşdük aydınlaşdırdıq. Xatirə İsalamı sadəcə səhnədən görsəydim, bəlkə də başqa sözlər deyərdim, amma mən Xatirəni məşhur olmadığı vaxtlardan tanıdığım üçün onun haqqında danışmaq rahatdı”.

“Xatirə şanslı müğənnidir...”

Tahirə Məmmədqızı - “Şərq ” qəzetinin əməkdaşı: “İlk sənətə gələn Xatirə ilə bu günki Xatirə arasında istər repertuar baxımından, istər sənətə yanaşma baxımından, itərsə də mətbuatla olan münasibətdə müsbətə doğru çox böyük fərq var. Hesab edirəm ki, Xatirə gənc müğənilər arasında həm xalq, həm də müasir estrada mahnılarını yaxşı ifa etmə xüsusiyyəti ilə seçilir. Onun albomunda olan 10 mahnıdan 5-i mütləq populyar olur. O baxımdan onu şanslı müğənni hesab edirəm. Elə müğənnilər var ki, çox gözəl səsi var, amma uğurlu mahnılar ifa edə bilmirlər. Xatirənin o baxımdan mənə elə gəlir ki, problemi yoxdu. Qüsurlarından biri odur ki, tez əsəbləşir. Adətən sənət adamları bir az səbirli olmalıdırlar, mənə elə gəlir ki, bu da onun yaşı ilə bağlıdır. Amma axtarışda olan sənətcidi, mən isə ondan - bugünki Xatirədən ikiqat artığını gözləyirəm. Çünki, Xatirə üzərində bir qədər də artıq işləsə, müasir Azərbaycan estradasında, xalq musiqisi ifacıları arasında da öz yerini tuta bilər. Amma müəyyən mənada tənbəlliyi də var. Repertuarına da diqqət yetirsə, düşünürəm ki, daha yaxşı olar. Müğənninin repertuarı nə qədər zəngin olsa, bu müğənninin maraqlı görsənməsinə öz təsirini göstərir.

Xatirə sənətdə ilk addımlarını atanda jurnalistlərlə müəyyən problemləri var idi, artıq səhnə təcrübəsi öyrədib ki, bir az səbirli olanda işlər daha uğurlu qurulur. Hesab edirəm ki, Xatirə bu gün mətbuatla normal münasibət quran sənətçilərdəndir”.