Natavanla Dado birdəfəlik ayrıldı

Şou

151

Natavanla Dado birdəfəlik ayrıldıMüğənni Natavan Həbibi "Zaurla Günaydın" verilişinin qonağı olub.

Axşam.az-ın məlumatına görə, sənətçi şəxsi həyatı ilə bağlı maraqlı açıqlama verib.

Aparıcı Zaur Baxşəliyev Natavana "Yenə anangildə qalırsan" sualını ünvanlayıb. Sənətçinin "Hə" cavabını verib.

Zaur isə daha sonra "Fırlanırsan, yenə qayıdıb gedirsən anangilə. Sənin kimi qız var? Sən, ürəksən" söyləyib.

Natavan isə "Mənə yaxşı psixoloq lazımdır. Elə bilirsən sevgi stresi yaşayıram. Amma burada başqa şeylər var. Danışa bilmirəm. Hər şey yaxşıdır, onları keçdim. Problemlər çox idi" sözlərini bildirib.

Natavan daha sonra dado ilə bağlı geniş açıqlama verib. O bildirib ki, ayrılıblar:

"Səid özü daha sonra açıqlama verib. Eşitdim ki, İnstaqramda canlı yayımda deyib. Mövzu bağlandı. Bitirdik. Danışmaq lazım deyil. Ətim tökülür".

Qeyd edək ki, bir müddət əvvəl Natavan reper əri Səid Əliyevlə (Dado) boşanmağa hazırlaşdığını demişdim. Sonra cütlük barışdığını bəyan etdi. Amma son günlər onların heç bir araya gəlməməsi yenidən ayrılmaları haqda dedi-qoduları artırıb.