Nuşirəvan Məhərrəmlidən "Space" TV-dəki qalmaqalla bağlı AÇIQLAMA » Conflict.az

Nuşirəvan Məhərrəmlidən "Space" TV-dəki qalmaqalla bağlı AÇIQLAMA

Şou

217

Nuşirəvan Məhərrəmlidən "Space" TV-dəki qalmaqalla bağlı AÇIQLAMA "Dünən "Space" televiziyasında yayımlanan "Günaydın" verilişində baş verənlərlə bağlı kanalın rəhbərliyi ilə ciddi söhbətimiz oldu. Kanal rəhbərliyi baş verənlərə görə üzr istədi və tədbir görüləcəyinə dair söz verdi".
Bu sözləri Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmlideyib. MTRŞ sədri bu tip verilişlərlə bağlı monitorinq şöbəsinə xüsusi tapşırıq verdiyini bildirib: "Bu tip verilişlər bizim xüsusi diqqət mərkəzimizdədir. Monitorinq şöbəsinə xüsusi tapşırıq vermişəm. Belə verilişlər haqqında arayış hazırlanacaq. Hesab edirəm ki, ciddi tədbir görülməlidir".
Qeyd edək ki, "Space" televiziyasında yayımlanan "Günaydın" verilişində qonaq olan yazar Əziz Musaoğlu ilə müğənni Mətanət Əsədova arasında qalmaqal baş verib.
Conflict.az