Ancelina Coli və Bred Pitt arasında növbəti qalmaqal

Şou

84

Ancelina Coli və Bred Pitt arasında növbəti qalmaqalAncelina Coli və Bred Pitt arasında boşanma qalmaqalı bitmir.

Conflict.az-ın xarici KİV-ə istinadən məlumatına görə, aktyor Colinin uşaqlarının həyatı ilə bağlı şəxsi məlumatları açıqlamasını tənqid edib və bu informasiyaların yayılmamasının vacibliyini vurğulayıb.

Aktrisa isə ərinin bu təklifinə təəccüblənib. O, buna çoxdan əməl etdiyini bildirib. A.Coli qeyd edib ki, əgər hər məlumatı açıqlasa idi, şəxsi təyyarələrində baş verən hadisəni də danışa bilərdi. Coli onun bu hərəkətini özünü tənqidlərdən qorumaq cəhdi kimi qiymətləndirib.

Eyni zamanda hazırda A.Colinin himayəsində olan 6 uşağın arasında da münaqişə olduğu deyilir. Paks və Meddoks ataları ilə görüşmək istəmirlər. Bacıları isə qardaşlarının bu hərəkətlərinin doğru olmadığını bildirirlər.

Qeyd edək ki, bir müddət əvvəl B.Pit Coli və uşaqlarla şəxsi təyyarədə olduğu zaman aralarında mübahisə yaranıb və aktyor böyük oğluna əl qaldırıb. İddialara görə, Ancelina məhz bu səbəbdən boşanmaq üçün müraciət edib. Onlar gələn ay məhkəmədə üz-üzə gələcəklər.

Conflict.az