Tuba Büyüküstünün boşanma səbəbi üzə çıxdı

Şou

126

Tuba Büyüküstünün boşanma səbəbi üzə çıxdı2011-ci ildə Parisdə evlənən Tuba Büyüküstün və Onur Saylakın boşanma səbəbləri məlum olub.
Tuba Büyüküstünün boşanma səbəbi üzə çıxdı
Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Toprak və Maya adlı əkiz qızları olan cütlük seriallara hər zaman növbəylə çəkilirdilər. Biri hansısa layihədə yer alırdısa, digəri uşaqlarla maraqlanırdı. Büyüküstün "20 dakika" və "Kara para aşk" seriallarında yer alanda əri işsiz qalmışdı. Eləcə də, Onur "Hatırla gönül"ə çəkiləndə Tuba ekranlardan uzaqlaşmışdı.
Tuba Büyüküstünün boşanma səbəbi üzə çıxdı
Bu il isə hər iki ulduz rədd edə bilməyəcəkləri təkliflər alınca aralarında problem yaranıb. Tuba Kıvanç Tatlıtuğla çəkiləcəyi "Cesur ve Güzel"də (hər seriyaya 120 min lirə), Onur isə Bergüzar Korel və Halit Ergençin baş rolda çəkildiyi "Vatanım sensin" serialında iştirak edəcək. O, hər seriyaya 30 min lirə qazanacaq.
Tuba Büyüküstünün boşanma səbəbi üzə çıxdı
İddiaya görə, razılaşa bilməyən tərəflər boşanmağa qərar veriblər.

Conflict.az