Kıvanç və Tubanın serialının çəkilişləri başlayır - foto

Şou

117

Kıvanç və Tubanın serialının çəkilişləri başlayır - fotoKıvanç Tatlıtuğ və Tuba Büyüküstünü bir araya gətirən "Cəsur və gözəl" serialının çəkilişləri başlayır.

Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, bir müddət ekranlarda görünməyən iki ulduzun bu serialla reytinqlərə liderlik edəcəyi gözlənilir. Sentyabrın 20-də çəkilişləri başlayacaq ekran işi oktyabrdan tamaşaçı qarşısına çıxacaq.
Kıvanç və Tubanın serialının çəkilişləri başlayır - foto
"Cəsur və gözəl"in rejissoru Ali Bilgin olacaq. O, bundan əvvəl "Arka sıradakiler", "Al yazmalım, "20 dakika", "Medcezir", "Delibal" kimi layihələrdə yer alıb.

Serialın ssenarisini isə Ece Yörenc yazacaq. Ece "Yaprak dökümü", "Aşk-ı Memnu", "Fatmagülün suçu ne", "Kuzey Guney", "Medcezir", "Kurt Seyit ve Şura" kimi layihələrdə Melek Gençoğlu ilə birgə ssenari hazırlayıb.

Conflict.az