Mələkxanım Əyyubovanın bacısı vəzifədən rüşvətə görə azad edilib? - YENİLƏNİB

Şou

273

Mələkxanım Əyyubovanın bacısı vəzifədən rüşvətə görə azad edilib? - YENİLƏNİBXalq artisti Mələkxanım Əyyubovanın bacısı işdən çıxarılıb.

Qafqazinfo-ya daxil olan məlumatda bildirilir ki, Şamaxı rayon Mədəniyyət və Turizm şöbəsinin müdiri Məleykə Kamilova bir neçə gün əvvəl işdən azad olunub. Daha sonra qeyd olunur ki, buna səbəb xalq artistinin bacısından rüşvət tələb olunmasıdır. O isə pulu vermədiyi üçün işindən kənarlaşdırılıb. Məsələni dəqiqləşdirmək üçün Şamaxı Rayon Mədəniyyət və Turizm Şöbəsi ilə əlaqə saxladıq. Şöbə müdirini əvəz edən Rafael Tağızadə Məleykə Kamilovanın öz ərizəsi ilə işdən ayrıldığını bildirib: "Məleykə Kamilovadan heç kim pul istəməyib. Sadəcə Məleykə xanımdan yox, burada heç kimdən pul tələb olunmayıb. Tamamilə səhv məlumatdır, qərəzli informasiyadır. Mədəniyyət müəssisəsindən heç kim pul istəmir. Məleykə xanım öz istəyi ilə ərizə yazaraq çıxıb. Eşitdiyimə görə, səhhətində olan problemlərə görə işdən ayrılmalı olub və yaxın zamanlarda yeni bir işlə də təmin olunacaq". Sözügedən məlumatla bağlı Məleykə Kamilovanın fikirlərini öyrənmək istəsək də, o, telefonlarımıza cavab verməyib. Bacısı Mələkxanım Əyyubova qafqazinfo-ya açıqlamasında bu kimi işlərə qarışmadığını söyləyib: "Mən elə işlərə qarışmıram, sənətçi adamam". Qeyd edək ki, Məleykə Kamilova eyni zamanda gənc müğənni Mirkamil Kamilovun anası, müğənni Ramal İsrafilovun isə bibisidir. * * * * * Şamaxı Rayon Mədəniyyət və Turizm şöbəsinin müdiri Məleykə Kamilova tutduğu vəzifədən azad olunub. Məsələ ilə bağlı Şamaxı Rayon Mədəniyyət və Turizm Şöbəsi ilə əlaqə saxlanılıb. Gundelik-baku.com bildirir ki, şöbənin məsləhətçisi Pərviz Məmmədov aznews.az-a açıqlamasında M.Kamilovanın vəzifədən azad olunduğunu təsdiqlədi: "Fevralın 4-də öz ərizəsi əsasında işdən çıxıb. 58 yaşı var və dedi ki, artıq işlməyə səhhəti imkan vermir. Məleykə xanım ağrıyırdı. Başçının müavini də daxil olmaqla təntənəli sürətdə onu yola saldıq. Hətta ona iş təklifi də olundu. Amma imtina etdi. Dedi ki, artıq yorulmuşam". P.Məmmədov onu da qeyd edib ki, M.Kamilovanı hələlik Mədəniyyət və Turizm Şöbəsinin məsləhətçisi əvəzləyib. Məlumat üçün bildirək ki, M.Kamilova xalq artisti Mələkxanım Əyyubovanın bacısıdır. İşdən çıxma səbəbini dəqiqləşdirmək üçün sabiq şöbə müdirinin bacısı Mələkxanım Əyyubova ilə də əlaqə saxladıq. Amma o, sualımızı dinləsə də, cavab verməkdən imtina etdi.

Conflict.az