Nadir Qafarzadə: "Cavanşir Məmmədov qoca geydi"

Şou

1 181

Nadir Qafarzadə: "Cavanşir Məmmədov qoca geydi""Nadirdən 70 min tələb etməyimlə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir. Hələ heç məhkəmə olmayıb, bu gün hazırlıq iclasıdır".
Conflict.az xəbər verir ki, bu sözləri Ölkə.az-a açıqlamasında əməkdar artist Cavanşir Məmmədov həmkarı Nadir Qafarzadəni məhkəməyə verməsiylə bağlı yayılan xəbərlərə münasibət bildirərkən səsləndirib. Əməkdar artist bildirib ki, Nadir Qafarzadənin pulu ona lazım deyil.
Qeyd edək ki, lent.az saytı Cavanşir Məmmədovun Nadir Qafarzadəni yenidən məhkəməyə verdiyini yazıb. Saytın məlumatına görə, C.Məmmədov iddiasında N.Qafarzadə növbəti dəfə ona “qoca gey” deyib. Məhz buna görə də əməkdar artist Bakı şəhəri Nəsimi rayon Məhkəməsinə şikayət ərizəsi ilə müraciət edərək, bu dəfə həmkarından 10 min yox, 70 min tələb edib:
“Xəzər" telekanalında yayımlanan “5/5” verilişində qonaq olan müğənni Nadir Qafarzadə mənim şəxsiyyətimə toxunaraq hörmətsiz ifadələri işlədib. O, həmin verilişdə özünün əxlaqsız hərəkətləri və sözləri ilə məni təhqir etməklə qanunsuz əməl törədib”.