Prezident İlham Əliyev Qlobal Forumun açılışında - FOTOLAR

Siyasət

142

Prezident İlham Əliyev Qlobal Forumun açılışında - FOTOLARMartın 14-də Azərbaycanın paytaxtında "Dünyanın yeni xarici siyasəti” mövzusunda VII Qlobal Bakı Forumu işə başlayıb.

Azərbaycan Prezidenti İlham Əliyev Forumun açılış mərasimində iştirak edir.

Əvvəlcə birgə foto çəkdirilib.

Forumu Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail Serageldin açıb.

Azərbaycan Prezidenti İlham Əliyev tədbirdə nitq söyləyib.

Üç gün davam edəcək bu mötəbər tədbirə 50 ölkədən 500-dən artıq nümayəndə qatılıb. Forum çərçivəsində keçiriləcək 10 sessiyada qlobal və regional əhəmiyyət daşıyan məsələlər müzakirə ediləcək.
Prezident İlham Əliyev Qlobal Forumun açılışında - FOTOLAR

**

09:19
Bu gün Bakıda "Dünyanın yeni xarici siyasəti" mövzusunda VII Qlobal Forum keçirilir.

ONA-nın məlumatına görə, martın 16-na kimi davam edəcək forumda 450-dən çox qonaq iştirak edəcək.

Forumun bu gün keçiriləcək açılış mərasimində Prezident İlham Əliyev, Əfqanıstan Prezidenti Əşrəf Qani, Albaniya Prezidenti İlir Meta, Moldova Prezidenti İqor Dodon, Montoneqro Prezidenti Mila Dukanoviç və Bolqarıstanın baş naziri Boyko Borisovun çıxışı gözlənilir. Həmçinin İtaliya Prezidenti Sergio Mattarella, Böyük Britaniyanın baş naziri Tereza Mey və BMT baş katibi Antonio Quttereşin forum iştirkçılarına müraciətinin səsələndirilməsi nəzərdə tutulub.

3 gün ərzində forumda "Qlobal siyasətin dəyişməsində böyük güclərin rolu”, "Davamlı inkişaf çağırışları”, "Təhlükəsizlik naminə orta şərq əməkdaşlığı”, "Müasir qərarların qəbul edilməsində elm və mədəniyyətin rolu” və digər mövzularda panel iclasları olacaq.