Cəbhədə düşmən təxribatı: MN-dən rəsmi açıqlama

Siyasət

57

 Cəbhədə düşmən təxribatı: MN-dən rəsmi açıqlamaAzərbaycan Müdafiə Nazirliyi Ermənistan mətbuatının guya Azərbaycan Ordusunun ön xətt mövqelərində atışma baş verməsi barədə yaydığı xəbərə münasibət bildirib.

Nazirliyin Mətbuat xidmətindən verilən məlumata görə, Ermənistan tərəfinin öz ordusundakı baş verən xaos, intizamsızlıq və özbaşınalıq hallarını gizlətmək, o cümlədən dekabrın 26-da cəbhənin Ağdam rayonu istiqamətində mülki vətəndaşlarımızı atəşə tutmasından beynəlxalq ictimaiyyətin diqqətini yayındırmağa hesablanmış ucuz təbliğatıdır:

“Bildiririk ki, Azərbaycan Ordusunun mövqelərində heç bir hadisə baş verməyib və bölmələrimiz əməliyyat şəraitinə nəzarət edir”.