Azərbaycan ordusunun mövqeləri atəşə tutuldu

Siyasət

24

Azərbaycan ordusunun mövqeləri atəşə tutulduErmənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 27 dəfə pozub.

Məlumatı Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidməti yayıb.

Ermənistan Respublikası Noyemberyan və İcevan rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Qaymaqlı, Quşçu Ayrım, Qızılhacılı kəndlərində və adsız yüksəkliklərdə yerləşən Azərbaycan ordusunun mövqeləri atəşə tutulub.

İşğal altında olan Ağdam rayonunun Şıxlar, Kəngərli, Sarıcalı, Füzuli rayonunun Aşağı Veysəlli, Qobu Dilağarda, Qərvənd kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər və Xocavənd rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Azərbaycan ordusunun mövqeləri atəşə tutulub.