Ermənistan atəşkəsi pozdu - Rəsmi

Siyasət

120

Ermənistan atəşkəsi pozdu - RəsmiErmənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 24 dəfə pozub.

Bu barədə Teleqraf.com-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Tərtər rayonunun işğal altında olan Göyarx, Ağdam rayonunun Tağıbəyli, Baş Qərvənd, Yusifcanlı, Füzuli rayonunun Qərvənd, Qorqan, Kürdlər, Horadiz, Cəbrayıl rayonunun Nüzgar kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Ağdam və Xocavənd rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan ordusunun mövqeləri atəşə tutulub.