Ərdoğanın Bakıya səfəri - Proqram açıqlandı

Siyasət

79

Ərdoğanın Bakıya səfəri - Proqram açıqlandıTürkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfər proqramı açıqlanıb.

Teleqraf.com "Anadolu" agentliyinə istinadla xəbər verir ki, Türkiyə prezidenti bu gün Bakıda birgünlük səfərdə olacaq.

Bu, iyunun 24-də keçirilən prezident seçkisində qalib gələn R.T.Ərdoğanın yeni dönəmdə dövlət başçısı kimi xarici ölkəyə ilk rəsmi ziyarətidir.

Türkiyə prezidenti Bakıda Şəhidlər xiyabanı və Türk şəhidliyini ziyarət edəcək. Azərbaycan Prezidenti İlham Əliyev türkiyəli həmkarını Zağulbada iqamətgahında rəsmi mərasimlə qarşılayacaq.Əvvəlcə iki ölkənin prezidentləri arasında təkbətək görüş olacaq. Təkbətək görüş başa çatandan sonra Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüş nəzərdə tutulub.

Görüşlərdən sonra dövlət başçılarının birgə mətbuat konfransı keçiriləcək.

Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfərini başa vurduqdan sonra Bakıdan Şimal Kipr Türk Cümhuriyyətinə yola düşəcək. Türkiyə prezidenti Lefkoşada Atatürk Xatirə Kompleksinə çələng qoyacaq. Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Mustafa Akıncı ilə təkbətək görüş və mətbuat konfransı keçiriləcək.