İlham Əliyev Nazarbayevə məktub göndərdi

Siyasət

127

İlham Əliyev Nazarbayevə məktub göndərdiAzərbaycan Prezidenti İlham Əliyev Qazaxıstan Prezidenti Nursultan Nazarbayevə doğum günü münasibətilə təbrik məktubu göndərib.
Bu barədə Qazaxıstan Prezidentinin mətbuat xidməti informasiya yayıb.

Dövlət başçısı Nursultan Nazarbayevi təbrik edərək Qazaxıstanda onun rəhbərliyi altında nail olunan inkişafa diqqət çəkib:

“Dövlətçiliyin möhkəmləndirilməsi, ölkənin sosial-iqtisadi sahədə yüksəlişi, nüfuzunun günbəgün artması sizin liderliyiniz, müdrik və uzaq görən siyasətiniz sayəsində mümkün olmuşdur. Ölkələrimiz arasındakı münasibətlərin inkişafı və möhkəmləndirilməsinə verdiyiniz töhfələr əvəzsizdir. Əminəm ki, strateji xarakter daşıyan Azərbaycan-Qazaxıstan dostluğu və əməkdaşlığı bundan sonra da xalqlarımızın maraqlarına xidmət edəcəkdir”.